Yaxın gələcəkdə mühacirət və qaçqın məsələlərində qüdrətə sahib olacaq 3 nümayəndə Senat qarşısında ifadə verib. Dövlət katibi, daxili təhlükəsizlik naziri və baş prokuror yeni prezident və onun administrasiyasının görəcəyi işlərə təminat verməyib.
Onlar yeni amerikalılar və ABŞ-da sığınacaq almaq istəyənlərlə bağlı qərarlara dair fikirlərini bölüşüb.
Ümid edirik ki, inaqurasiyadan sonra mühacirlər ölkəsi olan Amerikanın dəyərlərinə uyğun davranış görəcəyik
Vaşinqtonda mühacirətlə bağlı dəyişiklik tələb edən sərtxətt tərəfdarları növbəti prezident Donald Trampın mühacirət siyasətini dəstəkləyəcəklərini bildirib.
Bu arada mühacirət hüquqları və qaçqın problemləri ilə məşğul olanları qarşıdan gələn qeyri-müəyyənlik narahat edir.
Amerikann Mühacirət Şurasından Roys Murrey bildirib ki, yeni administrasiya artıq mühacirətlə bağlı antipatiyasını nümayiş etdirib.
“Ümid edirik ki, inaqurasiyadan sonra mühacirlər ölkəsi olan Amerikanın dəyərlərinə uyğun davranış görəcəyik"- deyə Murrey bildirib.
Donald Tramp ABŞ-ın Meksika ilə sərhədində hasar tikmək də daxil olmaqla, mühacirət sahəsində təkliflərini müdafiə edir.
Tramp Meksikanı “cinayətkar və təcavüzçülərin” qeyri-qanuni yollarla ABŞ-a daxil olamalarına icazə verilməyəcəyini bildirib.
Dövlət katibi Reks Tillerson, baş prokuror Ceff Sessions, daxili təhlükəsizlik naziri Con Kelliyə hasarın inşası ilə bağlı suallar verilməyib.
Lakin daxili təhlükəsizlik naziri vəzifəsinə nominasiya edilən Con Kelli cənub sərhədlərinin müdafiəsi agentləri ilə görüşdüyünü və ordu nümayəndəsi kimi müdafiənin nə demək olduğunu yaxşı bildiyini deyib. Lakin o bildirib ki, fiziki baryerlər özü-özlüyündə heç bir iş görə bilməz.