''10 milyonluq Azərbaycan bütünlüklə həbsxanaya çevrilib'' [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

“Təəssüf ki, cəmiyyətdə yığılmış narazılıq partlayışla əvəzlənir.”

ABŞ-da qərargahlanan siyasi fəal Səid Nuri Amerikanın Səsinə müsahibədə Azərbaycanda son gərginlikləri və ölkədəki siyasi atmosferi şərh edir.

Səid Nurinin sözlərinə görə, Gəncədə baş verən hadisə ölkənin və cəmiyyətin bu cür xüsusi vəziyyətlərə hazırlığı baxımından əhəmiyyətli təcrübə oldu.

''Gəncə və ardınca baş verən hadisələrdə bir çoxlarının bu cür fors-major hallara hazırlıq testindən uğurla keçə bilməməsi məndə təəssüf doğurur. Bunlardan ən böyüyü də mediadır. Azərbaycanda uzun illərdir Əliyev rejiminin məqsədyönlü siyasəti nəticəsində media boğulub. Azadlıq qəzeti kimi bir çox qəzetlər bağlanılıb, AzadlıqRadiosunun fəaliyyəti dondurulub. Bu, çox acınacaqlı vəziyyətdir.''

İnsanlar öz haqları uğrunda mübarizəyə daha aktiv qoşulmalıdır.

Siyasi fəal əlavə edib ki, hakimiyyətin yaratdığı informasiya blokadasını yarmaq üçün vətəndaşlar özləri də əllərində olan resurslardan maksimum istifadə etməlidir.

''Bu hadisələr vətəndaş jurnalistkasının nə qədər vacib nə önəmli olduğunu bizə göstərdi. İnsaları maarifləndirmək lazımdır ki, onlar öz haqları uğrunda mübarizəyə daha aktiv qoşulmalıdır. Vətəndaş ətraflarında baş verən haqsızlıqları görüntüyə almalı, özü paylaşa bilməsə belə xaricdə yaşayan media resurslarına göndərərək bu haqsızlıqların ictimaiyyətə çıxarılmasına nail olamlıdırlar.''

Hakimiyyət ölkəni xaosa sürükləyir.

Səid Nuri bildirib ki, Azərbaycan hakimiyyəti ölkədəki problemləri həll etmək, xalq ilə, müxalifət, media və ictimai fəallarla dialoqa getmək əvəzinə əksinə represiyyaları daha da gücləndirir. Bu da ölkəni xaosa sürükləyir.

''Bu gün Azərbaycanda siyasi məhbusların sayı 170-i keçir. Siyasi məhbus sayında Azərbaycan əhalisinin sayı bizdən dəfələrlə çox olan Rusiya, Çin kimi ölkələr yarışırır. 10 milyonluq balaca bir Azərbaycan bütünlüklə həbsxanaya çevrilib. Bunun fəsadları həm Azərbaycan dövlətçiliyi, həm xalq, həm də Əliyev rejiminin özü üçün çox ağır olacaq.''