ABŞ-ın ticarət missiyası Azərbaycana gəlir

ABŞ-Azərbaycan Ticarət Palatası

ABŞ ticarət missiyası oktyabrın 16-18-də Azərbaycanda səfərdə olacaq. Səfəri ABŞ səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası təşkil edir.

Turan agentliyinin məlumatına görə, bu, indiyədək Azərbaycana səfər edən ən böyük missiyalardan biridir.

ABŞ Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış missiyaya ABŞ və dünyanın tanınmış korporasiyalarını təmsil edən 30 nümayəndə daxildir.

Səfər çərçivəsində missiya üzvlərinin Azərbaycanda dövlət qurumları, yerli şirkətlər, investisiya agentlikləri və beynəlxalq təşkilatlarla bir sıra görüşlər keçirməsi planlaşdırılır.

Ümumilikdə, səfər müddətində 120-dən çox işgüzar görüşün təşkili planlaşdırılır.