ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Lənkərandakı (Bakıdan 272 kilometr cənub) 4 nömrəli məktəbi ziyarət edib və “Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının” (AzETA) üzvləri ilə görüşərək onların fəaliyyətləri ilə tanış olub.
ABŞ səfirliyininin Facebook səhifəsində bildirilir ki, səfir mübadilə proqramları haqqında danışıb və səfirliyin azərbaycanlılar üçün İngilis dilini təkmilləşdirmək məqsədilə təqdim etdiyi fürsətləri qeyd edib.
Xanım Sekuta müəllimlərlə inglis dilini ikinci dil kimi tədris etmək sahəsində öz təcrübəsini bölüşüb. Müəllimlər öz növbələrində təhsil metodikaları, çətinliklər və peşə bacarıqlıqlarını inkişaf etdirmə fürsətlərini müzakirə ediblər.
Səfir Sekuta vurğulayıb ki, İngilis dili azərbaycanlıların dünyaya çıxışını asanlaşdırdığından ABŞ Azərbaycanda bu dilin tədrisini dəstəkləməyə davam edir.