SpaceX-in astronavtları Aya və kosmosa daşımaq üçün hazırladığı ekipajsız kosmik gəmisi Starship-in şənbə günü (18 noyabr) ikinci sınağı zamanı havaya qalxdıqdan bir neçə dəqiqə sonra kosmosda partladığı güman edilir.
İki pilləli kosmik gəmi Texasda Boka Çika şəhəri yaxınlığında İlon Maskın sahib olduğu Starbase bazasından havaya qalxıb və kosmosa planlaşdırılan 90 dəqiqəlik uçuş zamanı yerdən təxminən 90 kilometr yüksəyə qalxıb.
Ancaq raketin ilk pilləsindəki Super Heavy busteri ayrılandan qısa müddət sonra Meksika körfəzi üzərində partlayıb.
Bu arada isə əsas Starship busteri kosmosa doğru irəliləyib, ancaq uçuşdan təxminən 10 dəqiqə sonra şirkətin yayımçısı bildirib ki, SpaceX-in missiya kontrolu kosmik aparatla birdən əlaqəni itirib.
“Biz ikinci pillədəki datanı itirdik…Biz düşünürük ki, biz ikinci pilləni itirmiş ola bilərik,” SpaceX-ın canlı yayım aparıcısı Con İnspruker deyib.
Bu, aprel ayında havaya qalxdıqdan təxminən dörd dəqiqə sonra uğursuzluqla başa çatan birinci cəhddən sonra güclü Super Heavy raket busterinin üzərində quraşdırılmış Starship-i fəzaya qaldırmaq üçün ikinci cəhd idi.