ABŞ-da prezidentliyə Demokrat namizəd Hillari Klinton və onun Respublikaçı rəqibi Donald Tramp ikinci dəfə teledebatda üz-üzə gəliblər. Debat Missuri ştatının St. Liuz şəhərindəki Vaşinqton Universitetindən keçirilib. Townhall adlanan formatda olan debat zamanı moderatorla yanaşı, prezidentliyə namizədlərə auditoriyadan da səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilər və onlayn istifadəçilər suallar ünvanlayıb.
İkinci teledebatın Donald Trampın cümə günü 2005-ci ildə qadınlar barədə nalayiq sözlər söyləməsini göstərən videonun yayılması və Hillari Klintonun hak olunan emaillərinin sızması barədə müzakirələrin davamı ilə başlayacağı gözlənilir. Belə də oldu.
Debat namizədlərin əl sıxışmaması ilə başladı.
Tramp 2005-ci ildə baş vermiş hadisəyə görə üzr istəyərək bunu "hazırlıq otağı söhbəti" adlandırıb və bu hadisə ilə fəxr etmədiyini bildirdi. Onun sözlərinə görə, o, dediklərinə görə xəcalət çəkir və bu sözlərə nifrət edir.
Üzrxahlıqa baxmayaraq Klinton dedi ki, bu video Trampın kim olduğunu göstərir. O, habelə Trampın azlıqları, müsəlmanları və müharibə məhbuslarını təhqir etdiyini də dedi.
Tramp Klintonun pozulan 33 min emailini araşdırmaq üçün xüsusi ittihamçı təyin edəcəyini və prezident seçiləcəyi təqdirdə, Klintonun həbsdə olacağını dilə gətirdi.
Tramp Hillari Klintonunun həyat yoldaşı sabiq prezident Bill Klintonu Ağ Evdə qadınlara qarşı seksual təzyiq göstərməkdə ittiham etdi və bildirdi ki, müdafiə prokuroru kimi Hillari 12 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsi müdafiə edib.
Tramp habelə prezident seçiləcəyi təqdirdə Klintonun pozulan 33 min emailini araşdırmaq üçün xüsusi ittihamçı təyin edəcəyini və Klintonun həbsdə olacağını dilə gətirdi.
"Obamacare"-in gələcəyi necə olacaq?
Tramp və Klinton prezident Barak Obamanın imza ilə tanınan səhiyyə proqramının gələcəyi barədə də fikir mübadiləsi apardı.
Klinton etiraf etdi ki, qanun səhiyyə qiymətlərinin artmasına səbəb olub, ancaq o, proqramı ləğv etməyi söz verən Trampdan fərqli olaraq bunu düzəltməyə çalışacağına söz verdi.
Klinton etiraf etdi ki, qanun səhiyyə qiymətlərinin artmasına səbəb olub, ancaq o, proqramı ləğv etməyi söz verən Trampdan fərqli olaraq bunu düzəltməyə çalışacağına söz verdi.
Klintonun sözlərinə görə, o, Ali Məhkəməyə "real dünya təcrübəsi" olan şəxsi təyin edəcək. Tramp isə insanların hörmət etdiyi və konstruktiv bir şəxsi bu vəzifəyə təyin edəcəyini vurğuladı.
Klinton Trampa vergi sənədlərinə dair hücum etdi. Auditoriyanın "Zəngin amerikalıların ədalətli vergi payı ödəməsini necə təmin edəcəklər" sualına Klinton 20 il bir şəxsin vergi ödəməməsindən heyrətə gəldiyini bildirməklə cavab verdi.
Tramp dedi ki, o, vergi kodunu yaxşı bilməsi ilə fəxr edir. Tramp habelə Klintonun zəngin maliyyə dəstəkçilərinin çoxunun da oxşar işi gördüyünü vurğuladı.
Suriya
Klinton Suriyaya quru qoşunlar göndərməyəcəyini və bunun ağıllı strategiya olmadığını dilə gətirdi.
Klinton Hələbdəki vəziyyəti fəlakət adlandırdı və Rusiyanı Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq üçün şəhəri məhv etmək fikrində olmaqda ittiham etdi.
O, Hələbdəki vəziyyəti fəlakət adlandırdı və Rusiyanı Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq üçün şəhəri məhv etmək fikirdə olmaqda ittiham etdi. Klinton Suriyada davam edən vətəndaş müharibəsinə görə Suriya rejimini və Rusiyanı müharibə cinayətlərində cavabdeh tutan səyləri dəstəklədiyini bildirdi.
Tramp dedi ki, o, Suriya hökumət hədəflərinə qarşı hava hücumlarına çağıran mübarizə tərəfdaşı Mayk Penslə razılaşmır.
Tramp dedi ki, o, Suriya hökumət hədəflərinə qarşı hava hücumlarına çağıran mübarizə tərəfdaşı Mayk Penslə razılaşmır. Respublikaçı namizəd şərhlərini əsasən Suriyadakı vəziyyətə görə prezident Barak Obamanı ittiham etmək üzərində qurdu.
Trampın sözlərinə görə, dünya Obamanın Suriyada müharibə barədə ABŞ-ın qərarıma dair bəyanatına gülürdü. O, habelə dedi ki, Klinton Suriyadakı üsyançıların kim olduğunu bilmir. Tramp həmçinin Suriyada kimlərin silahla təmin edildiyini sual altına aldı.
Rəqibdə nəyə hörmət edirlər?
Auditoruyadan daxil olan son sual zalda hərəkətliliyə səbəb oldu. Belə ki, namizədlərdən rəqiblərinin hansı xüsusiyyətinə hörməy etdikləri soruşuldu.
Hillari Klinton Donald Trampın övladlarına hörmət etdiyini bildirdi. O, dedi ki, rəqibinin demək olar ki, dedi və etdiyi heç bir şeylə razılaşmasa da, övladlarına rəğbətlə yanaşır.
Donald Tramp isə Hillarinin dediyini kompliment hesab etdiyini və övladları ilə fəxr etdiyini bildirdi. Öz növbəsində o, Hillari Klintonun əzmkarlığına və heç zaman vaz keçməməsinə hörmət etdiyini dilə gətirdi.
Başlanğıcdan fərqli olaraq, sonda namizədlər əl sıxışdılar.