MSK: Seçici fəallığı 55,7 faiz olub (Yenilənib-5)

Seçki qutusu

Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat açıqlanıb.

Respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.

***

MSK-nın İnformasiya Mərkəzinin saat 17.00-a olan məlumatına görə, respublika üzrə seçicilərin 50,1 faizi (2 605 948 seçici) səs verib.

***

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin məlumatına görə, saat 15.00-a qədər respublika üzrə seçicilərin 42,9 faizi (2 230 750 seçici) səs verib.

Ən böyük seçki fəallığı Bakının Xəzər rayonunda qeydə alınıb. 14 saylı Xəzər seçki dairəsində seçicilərin 69,7 faizi səs verib. Bundan sonra 1 saylı Şərur-Sədərək seçki dairəsi gəlir. Burada seçicilərin 61.1 faizi səsvermədə iştirak edib.

***

Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin məlumatına görə, saat 12:00-a qədər seçicilərin 28.2 faizi ( 1 468 205 seçici) səs verib.

Saat 12.00 olan məlumata görə, ən çox seçici fəallığı Naxçıvan MR-dəki 7 seçki dairələrində olub. 1 saylı Şərur-Sədərək seçki dairəsində seçicilərin 47,3 faizi, 4 saylı Naxçıvan şəhər seçki dairəsində seçicilərin 45,3 faizi, 3 saylı Babək-Kəngərli seçki dairəsində seçicilərin 43,5 faizi səs verib.

Bakıda isə 14 saylı Xəzər seçki dairəsində artıq seçicilərin 45 faizi səsvermədə iştirak edib.

***

Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb.

Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin məlumatına görə, saat 10:00-a qədər seçicilərin 12.8 faizi (667 732 seçici) səs verib.

Saat 10.00 olan məlumata görə, ən çox seçici fəallığı Naxçıvan MR-dəki 7 seçki dairələrində olub. 1 saylı Şərur-Sədərək seçki dairəsində artıq seçiciləri 21,7 faizi səs verib.

Bakıda isə 14 saylı Xəzər seçki dairəsində isə seçicilərin 22.1 faizi səsvermədə iştirak edib.

Ölkədə seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.

Bununla yanaşı, sosial şəbəkələrə çoxsaylı seçki pozuntuları ilə bağlı məlumatlar daxil edilib. Sabirabada, Suraxanıda, Bakının Yasamal rayonunda və digər yerlərdə seçki pozuntuları barədə xəbərlər yayılır.