Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi prezident seçkilərinin yekunlarını yoxlayıb və aprelin 17-də onları təsdiq edib.
Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, İlham Əliyev səsvermədə iştirak edən seçicilərin 86,02% səsini yığaraq, seçkilərdə qalib gəlib və növbəti 7 il üçün prezident vəzifəsinə seçilib.
Digər seçici səsləri aşağıdakı şəkildə paylanıb: Zahid Oruc - 3,12%, Sərdar Cəlaloğlu - 3,03%, Qüdrət Həsənquliyev - 3,02%, Hafiz Hacıyev - 1,52%, Araz Əlizadə 1,38%, Fərəc Quliyev - 1,17%, Razi Nurullayev - 0,74%. Seçkilərdə iştirak 74,3% təşkil edib.
Prezident rəsmi olaraq inauqurasiya mərasimindən sonra vəzifəyə başlayacaq.