Amerikalıların 40 faizi abort hüququnu leqallaşdıran məhkəmə qərarının ləğvinə etiraz edir
Your browser doesn’t support HTML5
Amerikalılar onillərdir mübahisəli abort məsələsi və onun nə zaman və necə leqal olmalı olduğu ilə bağlı fikir ayrılığı yaşayırlar. ABŞ Ali Məhkəməsi ötən cümə günü 50 il öncə qəbul edilən Roe versus Wade qərarını ləğv edərək, Konstitusiyanın qadınları abort hüququ ilə təmin etmədiyinə qərar verdi.