Xaçmaz şəhərində (Bakıdan 157 kilometr şimal) bir qrup bitərəf vətəndaş qarşıdan gələn parlament seçkilərini müşahidə məqsədi ilə “Şimal müstəqil seçki müşahidə qrupu” təsis edib. Təşəbbüsçülərin yığıncaqında müstəqil hüquq müdafiəçisi Avtandil Məmmədov qrupun rəhbəri seçilib.
Avtandil Məmmədov Amerikanın Səsinə bildirib ki, müşahidə qrupu seçki başa çatanadək fəaliyyət göstərəcək. “Bu qrup heç bir siyasi partiya ilə və yaxud deputatlıqa namizədlərlə fəaliyyət göstərməyəcək. Qrupun məqsədi seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə yardım etmək, saxtakarlıqların qarşısını almaqdır”, o qeyd edib.
Onun fikrincə, bir sıra QHT-lərin müşahidə missiyaları müxtəlif partiyaların və deputatlıqa namizədlərin mövüqələrindən çıxış edir, bununla da nəticələrə kölgə salır.
“Şimal müstəqil seçki müşahidə qrupu” isə elə tendesiyalara son qoymaq fikrindədir. Quba – Xaçmaz bölgəsində fəaliyyət göstərəcək bu qrup öz ətrafına yalnız könüllüləri yıqıb toplayacaq, yalnız seçki qanunvericiliyinə necə riayyət edilib-ediləməyəcəyini müşahidə edəcək”.
Məmmədovun sözlərinə görə, “Şimal müstəqil seçki müşahidə qrupu” KİV-lərlə və beynəlxalq müşahidə missiyaları ilə sıx əməkdaşlıq edəcək.
Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçiriləcək.