“Saxta islahatlar və gerçək problemlər” – MSDM Dəyirmi Masa keçirib

Your browser doesn’t support HTML5

Dekabrın 17-də Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) təşəbbüsü ilə “2019-cu ilin yekunları: saxta islahatlar və gerçək problemlər” mövzusunda Dəyirmi Masa keçirilib. Müsavat partiyasının qərargahında baş tutan tədbirdə MSDM-in sədri İsa Qəmbər, AXDP sədri Rafiq Turabxanoğlu, Müsavat partiyasının üzvləri Çingiz Əli, Valeh Hümmətoğlu, MSDM-in üzvləri Arzu Səmədbəyli, Vaqif Hacıbəyli, Pənah Hüseyn, Müsavat partiyası başqanının müavini Səxavət Soltanlı və digərləri çıxış ediblər.