Azərbaycan vətəndaşı Gürcüstanda saxta dollar satarkən tutulub

Azərbaycan vətəndaşı Gürcüstanda saxta valyuta saxlamaq və satmaq ittihamı ilə saxlanılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatında deyilir.

Axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən 617 ədəd 100 ABŞ dolları nominallı saxta əskinas götürülüb.

İstintaq Xidməti saxta pulu satan Azərbaycan vətəndaşının adını, habelə onun bu pulu harada satdığını açıqlamır.

Təqsirləndirilən şəxsə qarşı cinayət işi açılıb, onu 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.