Səudiyyə Ərəbistanı BMT-nin İnsan Haqları Şurasında yer almadı

Səudiyyə Ərəbistanının BMT-də yer uğrunda mübarizəsi uğursuzluqla nəticələnib.

Sentyabrın 13-də İnsan Haqları Şurasına (HRC) insan hüquqları sahəsində ən pis göstəricilərə malik olan Çin və Rusiya daxil edilməklə, digər ölkələr 47 üzvlük siyahıda yer alıb.

Baş Assambleya gizli səsvermə ilə Boliviya, Böyük Britaniya, Çin, Kuba, Fransa, Qabon, Fil Dişi Sahili, Malavi, Meksika, Nepal, Pakistan, Rusiya, Seneqal, Ukrayna, və Özbəkistanı gələn 3 illik müddətə şuraya üzv seçib.

Silsilə qanun puzuçuları şurada yer ala bilməz

Səsvermənin nəticələri namizədlərin regional qrup şəklində irəli sürüldüyü üçün müəyyən idi. Yeganə mübahisəli sahə Asiya-Sakin okeanı regionu idi ki, burada Səudiyyə Ərəbistanı Çin, Pakistan, Nepal və Özbəkistanın regional 4 yeri tutduğuna görə məğlubiyyətə uğrayıb.

Cenevrədə qərargahlanan İnsan Haqları Şurasına seçilən dövlətlərin öz ölkələri daxilində olduğu kimi xaricdə də insan haqlarının müdafiəsinin ən yüksək standartlarını dəstəkləyəcəyi gözlənilir.

Lakin insan haqları müdafiəçiləri quruma seçilən yeni üzvləri insan haqları sahəsində pis və ya dəhşətli göstəricilərə görə kəskin tənqid edib.

“Silsilə qanun puzuçuları şurada yer ala bilməz” - deyə, Human Rights Watch-un Nyu-York şəbəsinin direktoru Lui Şarbonno bildirib.

O, Çinin ölkə daxilində kütləvi şəkildə insan haqlarını, özünün də bir hissəsi olmalı olduğu beynəlxalq insan hüquqları sistemini pozduğunu deyib.

Çin Sincan vilayətindəki bir milyona qədər etnik uyğur müsəlmanı “yenidən təhsil düşərgələrində” saxlayır, Honq Konq və Tibetdəki azadlıqlara qarşı sərt tədbirlər görür.

Yerli müxalif nümayəndələrini zəhərləməkdə günahlandırılan Rusiya 15 dəfə Suriyanın Bəşər Əsəd rejiminə qalxan olaraq BMT-də də gücündən istifadə edib.

Ən son iyul ayında Rusiya şuranı koronavirus pandemiyası əsnasında həyati əhəmiyyətli sərhəd keçid məntəqələrini bağlamaqla milyonlarla suriyalıya yardım tədarükünü azaltmağa məcbur edib.

Rusiya və Ukrayna Şərqi Avropa qrupundakı mövcud iki yeri tutur. 2014-cü ilin martında Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaqı beynəlxalq qəzəbə səbəb oub.

U.N. Watch, İnsan Hüquqları Fondu və Raoul Wallenberg İnsan Hüquqları Mərkəzinin birgə dəyərləndirməsində bildirilib ki, Çin, Kuba, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı və Özbəkistan hüquq göstəricilərinə əsasən namizəd kimi diskvalifikasiya edilməli idi.

Onlar Boliviya, Fil Dişi Sahili, Malavi, Meksika, Nepal, Seneqal və Ukraynanın insan haqları göstəricilərinin də sual doğurduğunu bildirib.

ABŞ iki il əvvəl Prezident Donald Trampın rəhbərliyi altında HRC-dən çıxıb.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli şuranı ilk növbədə İsrailin fələstinlilərə münasibətini araşdırmasında "insan haqlarını lağa qoyan" bir "siyasi qərəzin çuxuru" adlandırmışdı.

"Bu qərarı vermədən əvvəl və çıxdığımızdan sonra ABŞ Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini şuranın düzəldilməz hala gəlməsindən əvvəl islahatlar üçün təcili hərəkətə keçməyə çağırır" - deyə, ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı verdiyi açıqlamada bildirib.

"Təəssüf ki, bu çağırışlar qulaqardına vuruldu və bu gün BMT Baş Assambleyası bir daha Çin, Rusiya və Kuba da daxil olmaqla, insan haqları ilə əlaqəli mənfur ölkələri seçdi" - deyə, dövlət katibi əlavə edib.

İnsan Hüquqları Şurası son illər insan haqlarını pozan rotasiya üzvləri ilə bağlı artan tənqidlər altındadır.

İnsan haqları müdafiəçiləri bu ölkələrin şuradakı statuslarından sui-istifadə edrək yol verdikləri qanunsuzluqları ört-basdır etdiklərinə dair xəbərdarlıq verib.