Səudiyyə Qətər zəvvarlarının Həccə getməsi üçün sərhədi açmağa icazə verib

Səudiyyə Ərəbistanının dövlət mediası kral Salmanın zəvvarların Həcc ziyarətinə gedə bilmələri üçün Qətərlə sərhədi açmağa icazə verdiyini bildirib.

Səudiyyənin Press xəbər agentliyinin bugünkü məlumatında Salva keçid məntəqəsinin açılması ilə yanaşı, ziyarətə gedəcək Qətər zəvvarlarının Dohaya gətirilməsi üçün Səudiyyə Ərəbistanının öz hesabına təyyarələr göndərəcəyi deyilib.

Məlumatda bildirilib ki, belə bir qərara Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanla Qətərin kral ailəsinin üzvü Şeyx Əbdulla Bin Əli Tani ilə görüşməsindən sonra gəlinib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı onu prosesi siyasiləşdirməkdə ittiham edən Qətərdən zəvvarların yalnız Dohadan uçuşlarına icazə verəcəyini demişdi.

Səudiyyə ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirliklərinin Qətəri terroru dəstəkləməkdə ittiham etməsindən sonra bu ölkə ilə iyun ayından bəri bütün diplomatik əlaqələr kəsilmişdi. Qətər ona qarşı irəli sürülüən ittihamları rədd edir.