Sarı jiletlilər momentumu artırmağa çalışır

Sarı jiletlilər şənbə günü artıq ardıcıl olaraq on beşinci həftə sonudur Fransa boyu nümayişlər keçirir. Onlar tərədarlarını hərəkətə gətirməyə, eyni zamanda isə hərəkat daxilində zorakılıqları və anti-semitizmi aradan qaldırmağa çalışır.

Parisdə Zəfər Tağı önündə yüzlərlə nümayişçi toplaşıb. Onlar hökümətin zənginlərin xeyrinə apardığı siyasətə etiraz etmək üçün şəhərin zəngin məhəllələrində yürüş keçirir. Bu, Paris ətrafında və digər şəhərlərdə planlaşdırılan bir çox nümayiş və yürüşdən biridir.

Fransa paytaxtında beş ayrı nümayiş təşkil olunub.

Son həftələrdə zorakılıqlar artdığı üçünhərəkata dəstək azalıb. Şənbə günü keçirilən yürüşlə bağlı onlayn elanlarda sülhə çağırılıb. Bir etirazın məqsədi də anti-semitizm əleyhinə çıxmaqdır.

Ötən həftə Parisdə keçirilən etirazda bəzi etirazçılar tanınmış filosof Alan Finkilkrauta qarşı anti-semitik ifadələr işlədib. Bu hücüm Fransa höküməti ötən həftə anti-semitizm hallarının artdığına dair hesabat çıxarandan bir neçə gün sonraya təsadüf edib.

Yüzlərlə sari jiletli Fransanın mərkəzində Çambord Qəsrində piknik edib. Ölkənin cənub-qərbində Tuluz şəhərində isə fəalların Amazon şirkətinə girişi blok etdiyi deyilir.

Klermont-Ferrandın yerli rəsmiləri vətəndaşları yüzlərlə sari jiletlinin bir araya gəldiyi Fransanın mərkəzi şəhərinə səfərlərini təxirə salmağa çağırıb. Prefektura bildirib ki, polis 13 nəfəri həbs edib və beysbol bitaları və xəbərdarlıq tapançası kimi silahlar ələ keçirib.