ABŞ senatoru Berni Sanders aprelin 9-da Vayominq ştatında keçirilən Demokrat Partiyasının kokusunda qalib gəlsə də, namizədlər bərabər sayda nümayəndəl əldə edib.
Sanders ilkin partiyadaxili seçkinin son mərhələsində 56 faizlik üstünlüklə qələbə əldə edib. Buna baxmayaraq qaydalara görə Demokrat partiyası 14 nümayəndəsi olan Vayominq ştatında hər iki namizədin 7 nümayəndə əldə etdiyini bildirib.
Son 9 ştatından 8-də qələbə qazanan Sandersin seçki kampaniyası üçün Vayominqdəki qələbə dönüş nöqtəsi ola bilər.
Ancaq Klintona qalib gələrək Demokrat Partiyasından namizədliyi əldə etmək üçün Sandersə daha böyük fərqlərlə qələbə qazanmaq lazım gələcək.
Şənbə günü baş tutan kokusdan sonra aktivindəki nümayəndələrin sayını 1287-yə qaldıran xanım Klinton 1037 nümayəndə toplayan Sandersdən hələlik öndə gedir. Bundan əlavə 500-ə yaxın super nümayəndənin də Klintonu dəstələyəcəyi ehtimal olunur.
Sanders aprelin 19-da Nyu-York keçiriləcək ilkin seçkiləri də qazanaraq qələbə ardıcıllığını davam etdirmək istəyir.
Ancaq Nyu-Yorkda son rəy sorğuların Klintonun böyük üstünlüklə qələbə qazanacağını göstərir. Burada qələbə qazanacağı təqdirdə Sandersin partiyadan namizədlik alma şansları demək olar ki, mümkünsüz hala düşə bilər.
Respublikaçıların cümə günü Koloradoda ştatında keçirilən partiyadaxili seçkilərində isə Ted Cruz Donald Tramp-a qalib gəlib. Bu qələbə ilə Kruz 37 nümayəndə əldə edə bilib.
Respublikaçılar düşərgəsində də Nyu-York seçkilərinə ciddi hazırlıq gedir. Nyu-York partiyadaxili seçkilərdə öndə gedən biznesmen Donald Trampın böyük boya-başa çatdığı ştatdır.
Son rəy sorğuları onun Nyu-Yorkda rəqibləri Ohayp qubernatoru Con Keysiç və Ted Kruzdan 30 faiz öndə olduğunu göstərir.
Nümayəndələrin Sayı
Namizədlərin partiyadan əldə etdiyi nümayəndələrin təxmini sayı:
Respublikaçılar
Donald Tramp: 743
Ted Kruz: 545
Con Kasich: 143
Demokratlar
Hillari Klinton: 1,756
Berni Sanders: 1,068
Namizədliyi qazanmaq üçün lazım olan nümayəndə sayı:
Demokratlar: 2,383
Respublikaçılar: 1,237
* Rəqəmlər 10 april, 2016-cı il üçün keçərlidir
Xatırladaq ki, ABŞ prezident yarışında ikinci yerdə gedən namizədlər üçün çərşənbə axşamı Viskonsindəki praymeri gecəsi yaxşı keçib.
Texas Senatoru Ted Kruz Respublikaçıların öndə gedəni Donald Trampı böyük səs fərqi ilə məğlub edib. Ohayo qubernatoru Con Keysiç üçüncü yerə çıxıb.
Demokratlar arasında isə Berni Sandersin Hillari Klintonu məğlub etdiyi proqnozlaşdırılır. Lakin Vermont senatoru ilə sabiq Dövlət Katibi nümayəndələri səsləri proporsional olaraq bölüblər.
Ümummilli prezident seçkilərində momentum əldə etmək istəyən iddialılar üçün ilkin seçkilərdə qələbə dəyərli fürsətdir. Belə ki, Amerika boyu bütün ştatlarda keçiriləcək ilkin seçkilərdə - bu, praymeriz, yaxud kokus halında ola bilər - amerikalılar iki əsas partiyanın vahid namizədlərini müəyyən edəcəklər.
Respublikaçılar rəsmi namizədini iyulun 18-21-də Klivlenddə, demokratlar isə öz namizədlərini iyulun 25-28-də Filadelfiyada açıqlayacaq.
ABŞ-da prezident seçkisi bu ilin noyabrında keçiriləcək.