"Pxenyanın mesajı nüvəsizləşmə yolunda atılan ilk addımdır"

Tramp administrasiyası Şimali Koreyanın dialoq istəyini təəccüblə qarşılayıb.

“Pxenyanın bugünkü mesajı nüvəsizləşmə yolunda atılan ilk addımdır. Eyni zamanda Şimali Koreya bilməlidir ki, ABŞ və dünya onun nüvə və raket proqramının dalana dirəndiyini deməsini davam etdirəcək”- deyə, Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakebi Sanders bildirib.

O əlavə edib ki, ABŞ, Cənubi Koreya və dünya ictimaiyyəti nüvəsizləşmənin dialoqun nəticəsi olacağına inanır.

Prezident Trampın dediyi kimi Şimali Koreyanın seçdiyi təqdirdə onun önündə nüvəsizləşmənin parlaq yolu açılacaq.

Sanders bunları prezident Donald Trampın qızı İvanka ilə bərabər Cənubi Koreyada Qış Olimpiya Oyunlarının qapanış mərasimində iştirakı zamanı bildirib.

Cənubi Koreya rəsmiləri Pxenyanın son zamanlar düşmən bəyanatlarına baxmayaraq, Şimali Koreyanın ABŞ-la dialoqa hazır olduğunu bəyan edib.

Seulun prezident aparatı Prezident Mun Cae-İn-lə Şimali Koreyanın nümayəndə heyəti arazındakı görüş zamanı dialoq barədə müzakirələr keçirildiyini bildirib. Tərəflər Şimalla ABŞ arasında münasibətlərin ələ-ələ normallaşdırılmasında razılıq əldə edib.