Sanaa şəhərində qarşıdurma nəticəsində ölənlər olub

  • Amerikanın səsi

Sanaa şəhərində qarşıdurma nəticəsində ölənlər olub

Yəmən prezidenti Əli Abdulla Salehə sadıq qoşunlarla müxalifət qüvvələri arasında toqquşmalar paytaxt Sanaada üç nəfərin ölümünə səbəb olub. Tibb işçiləri qarşıdurma zamanı insanların şəhərin Dönüş meydanında öldürüldüklərini bildiriblər. Sanaa şəhərinin başqa hissələrində azı altı nəfər yaralanıb. Qarşıdurma Salehə sadiq döyüşçülərin prezidentin istefası çağırışı ilə nümayişə çıxan on minlərlə insana atəş açmasından bir gün sonraya təsadüf edib. Məlumata görə, bazar günü snayperlər evlərin damlarından atəş açaraq dörd nəfəri öldürüb.