San-Fransisko şəhərinin UPS şirkətində atışma zamanı hücumçu da daxil edilməklə, 4 adam ölüb, bir neçə nəfər xəsarət alıb.
Xəstəxana sözçüsü Brent Andrü neçə adamın xəstəxanaya çatdırıldığının məlum olmadığını deyib.
San-Fransisco polisi atışma olduğunu təsdiq etsə də, ölənlər və yaralananlar barədə açıqlama verməyib.
Yaxınlıqdakı dükan sahibi 5-lə 8 arasında atəş səsi eşitdiyini deyib.
Şirkətin işçiləri polisin müşayiəti ilə binadan çıxarılıb.
Atışma yerinə polis qüvvələri çəlb edilib. İnsanlara hadisə yerindən uzaq durmaq tövsiyə edilib.