Müəllimlər məktəb direktorunun vəzifədən çıxarılmasına etiraz edir
Yanvarın 25-də Q.Əsgərov adına Salyan musiqi məktəbinin (Bakıdan 130 kilometr cənub) 80 nəfərə yaxın müəllimi Salyan rayon İcra Hakimiyyəti binasına doğru yürüş edib.
Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyin sədri Emil Məmmədov Amerikanın Səsinə deyib ki, kollektiv məktəbin direktoru Paşa Nağıyevin Salyan rayon İcra Hakimiyyətinə çağırılaraq qarşısına təhsilə aid olmayan qeyri-qanuni tələblər qoyulmasına etiraz etdiyini bildirir. Məktəb direktoru bu tələbləri yerinə yetirməkdən imtina etdiyi üçün işdən çıxması barədə ərizəsi alınıb. Buna etiraz edən Salyan musiqi məktəbinin kollektivi bu gün məktəbin pedoqoji şurasını çağırıb. Şuraya Salyan rayon İcra Hakimiyyətinin rəhbərlərini dəvət etsələr də gəlməyib. Bundan narazı qalan məktəbin müəllimləri icra hakimiyyətinin binasına yürüş ediblər.
İcra hakimiyyətində etirazçıların nümayəndələrini icra hakimiyyətinin birinci müavini E.Hüseynov və humanitar məsələlər üzrə müavin Rəşad Cəbrayılov qəbul edib. Onlar kollektivə rayon rəhbərliyinin məktəb direktoru ilə işləmək istəmədiyini bildirib. Amma qərara alınıb ki, yanvarın 28-də Salyan rayon musiqi məktəbində kollektivlə rayon rəhbərliyinin görüşü keçirilsin.
Öz növbəsində, musiqi məktəbinin direktoru Paşa Nağıyev Amerikanın Səsinə bildirib ki, səhhəti ilə bağlı vəzifəsindən çıxarılması ilə bağlı rayon icra hakimiyyətinə ərizə verib.
Salyan rayon icra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Amerikanın Səsinə deyib ki, icra hakimiyyətindən musiqi məktəbinin direktoru qarşısına hər hansı qeyri-qanuni tələb qoymayıb. ”Onun fəaliyyəti bizi qane etmədiyinə görə barəsində müvafiq ölçü götürüləcək”, o qeyd edib.