Yeni açılan qeyri-hökümət təşkilatı azərbaycanlıların milli birliyi və həmrəyliyi uğrunda fəaliyyət edəcək
İran Azərbaycanının Salmas şəhərində “Salmas Azərbaycan Mədəniyyət Evi” adında yeni bir qeyri-hökümət təşkilatı işə başlayıb.
Azərbaycan mədəniyyət evi elmi, mədəni və ictimai sahələrdə fəaliyyət göstərəcək.
Adı çəkilən təşkilat toplantılar, iclas və tədqiqatları ilə milli və mədəni xidmətlər göstərməyi planlaşdırır.
Təşkilatın rəhbərliyi Azərbaycan icması arasında birlik və həmrəyliyi gücləndirmək üçün qələm sahibləri, peşəkarlar və vətəndaş hüquqları müdafiəçilərini əməkdaşlığa dəvət edib.
Salmas Azərbaycan Mədəniyət Evi fəaliyyət lisenziyasını Salmas qubernatoru Məsud Hac Əlili-dən alıb.
Qurumun İdarə Heyətinin sədri Cavad Rəncbər və digər üzvləri isə Hadi Vələdyani Pur, Riza Cavan, Hidayət Aqeli və Əli Əğər Ğəfuri Niadır.