Güneyli türk fəal Saleh Molla Abbasi 10 aylıq həbs cəzasını çəkmək məqsədi ilə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Araz New saytı bu haqda məlumat yayıb.
Əhər şəhəri sakini azərbaycanlı milli fəal Saleh Molla Abbasi bu gün çərşənbə günortadan sonra iş yerində tutulub və 10 aylıq cəza çəkmək üçün Əhər həbsxanasına aparılıb.
Şahidlərin dediyinə görə, günorta saat 12.00 radələrində beş məmur milli fəalı prokurorlğa aparılacağını bildirib.
Əhər prokuroru milli fəalın yaxınlarına müraciət vaxtı məlumat verməkdən imtina edib.
Həbsdən bir neçə saat sonra milli fəal Əhər Həbsxanadan qohumları ilə əlaqə quraraq "Fitilə" proqramına etiraz etdiyi üçün 10 ay həbs cəzasınını tətbiq edilməsi üzrə həbsxanaya köçürüldüyünü bildirib.
Saleh Molla Abbasi Əhar şəhərində məşhur bir fəaldır və Təbriz Universitetinin kənd təsərrüfatı fakültəsinin məzunudur, indiyə qədər dəfələrcə həbsə məhkum edilmişdir.
Noyabrın 6-də İran İslam Respublikası televiziyası tərəfindən yayımlanan uşaq və yeniyetmələr üçün yayımlanan televiziyasının türk millətinə qarşı təhqiredici mövzuda proqramı Azərbaycan şəhərlərində geniş küçə etirazlarına səbəb olmuşdu.
Etiraz aksiyalarında İran Azərbaycanının digər şəhərlərində olduğu kimi, Əhər şəhərində çox sayda vətəndaş və milli fəal saxlanılaraq həbs cəzasına məhkum edilmişdi.
Əhər İnqilab Məhkəməsinin birinci şöbəsi 2017-cı iln oktyabr ayının 22-də Saleh Molla Abbasini 10 aylıq həbs cəzasına məhkum etmişdi.