“Məmurlar kiçik qızlarımı bir otağa qoyub xanımımla böyük qızımı aparıblar başqa bölməyə, 5 saat qorxudaraq sorğu-sual ediblər. 9 və 12 yaşında iki uşağın günahı nədir ki, bunları analarından ayırıblar qorxu içində, narahatçılıq içində...,” deyə Saleh Molla-Abbasi Amerikanın Səsi ilə söhbətdə kütləvi etirazlar zamanı İranın təhlükəsizlik məmurları tərəfindən özü və ailəsinin necə həbs edildiyini anladır.
Your browser doesn’t support HTML5
Noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin başlatdığı kütləvi aksiyaların davamında noyabrın 21-də Şərqi Azərbaycanın Əhər şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyası polis qüvvələrinin sərt müdaxiləsi və onlar nəfərin həbsi ilə nəticələndi.
Türk dil haqları müsafiəçisi Saleh Molla-Abbasi eləcə də, onun həyat yoldaşı 3 qızı ilə bərabər həmin gün Əhər şəhərində saxlanılanların arasında olublar.
Yoldan keçəni tuturdular. Biz gördük başlayıblar tutmağa səsimizi çıxarmağa başladıq. Hər birimizin üstünə on məmur atılmışdı ki ətrafdakı insanlar eşidib gəlib qatılmasın, görürdülər ağzımızı bağlaya bilmirlər ikisi üçü boğamızdan yapışmışdı.Saleh Molla-Abbasi
“İranın rəsmi TV kanalının Fitilə proqramında türkləri aşağıladıqdan sonra bu neçə ildir davam edilir, Azərbaycan və İranda olan bütün türk şəhərləri kimi Qaradağın mərkəzi olan Əhərdə də ziyalılarımız bu qərara gəldilər ki, etiraz bildirilsin... Biz də ailə olaraq etirazlara qatılmaq üçün şəhər mərkəzində getdik... Məni təqribən 20 nəfər dostlarımla birlikdə tutdular, ailəmi də başqa bir yerdə...,” deyə Saleh Molla-Abbasi etiraz günündə baş verənləri şərh edir.
Onun dediklərinə görə, polis qüvvələri həyat yoldaşını 9, 12 və 20 yaşlı qızları ilə bərabər İran polisinin təhlükəsizlik qurumuna məxsus bir həbsxanaya aparıblar:
“Xanım polislər, təhlükəsizlik qüvvələri və bir neçə əsgər ailəmi bir həbsxanaya aparıblar... [kiçik] uşaqlarımı qoyublar bir otağa və xanımımı böyük qızımla birlikdə aparıblar başqa bölməyə ki, sorğu-sual etsinlər. Bu 9 və 12 yaşlı uşaqları neçə saat əsgərlərin nəzarətində saxlayıblar. Bunların günahı nədir ki, analarından ayırırlar qorxu içində narahatçılıq içində. Ailəmi 5 saat sorğu-sual ediblər qorxudaraq ki bu məsələyə qarışmayacaqsınız...”
Molla-Abbasi həyat yoldaşı və üç qızının həmin həbsxanada beş saat saxlanıldıqdan sonra prokurorunun göstərişi ilə sərbəst buraxıldığını bildirir.
Nəzarət altına alındığı zaman özü və digər dostlarının məmurların aşırı güc tətbiqinə məruz qaldığını ifadə edən Əhərli fəalın söylədiklərinə görə, polis qüvvələri küçədə onların səs çıxarmağını önləmək üçün möhkəm bir şəkildə boğazlarını sıxıblar.
9 və 12 yaşlı qızlarımı neçə saat əsgərlərin nəzarətində saxlayıblar. Bunların günahı nədir ki analarından ayırırlar qorxu içində narahatçılıq içində. Ailəmi 5 saat sorğu-sual ediblər qorxudaraq ki bu məsələyə qarışmayacaqsınız.Saleh Molla-Abbasi
“O qədər məmur və təhlükəsizlik qüvvəsi gətirmişdilər ki, fürsət vermədilər biri küçədə hərəkət etsin... Adi camaatı da tutmuşdular, sonra onların bir hissəsini buraxdılar. Yoldan keçəni tuturdular. Biz gördük başlayıblar tutmağa səsimizi çıxarmağa başladıq. Hər birimizin üstünə on məmur atılmışdı ki, ətrafdakı insanlar eşidib gəlib qatılmasın, görürdülər ağzımızı bağlaya bilmirlər ikisi üçü boğamızdan yapışmışdı... Mənim özümə bir neçə dəfə bibər qazı vurdular... həbsxanada mənimlə bərabər təqribən 10 nəfərin boğazı ağrıyırdı...”
Əhərdə baş verən həbslərdən öncə, Mehr xəbər agentliyinə istinadən, şəhərin qubernatoru “hər hansı qeyri-qanuni mitinqin” keçirilməsini önləmək üçün lazımi ölçülərin götürüləcəyinə dair xəbərdarlıq etmişdi.
Əhər şəhərində nəzarət altına alınanları ertəsi gün məhkəməyə göndəriblər. Orada onlara qarşı irəli sürülən ittihamlar oxunub və sonrakı günlərdə vəkalət qarşılığında müvəqqəti şəkildə tədricən sərbəst buraxılıblar. Molla-Abbasi noyabrın 17-də azad olub. O, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə günahlandırıldığını söyəyir.
“Ailəm vəkalətlə buraxılmasa da eyni məhkəmə prosesinə daxil ediliblər. Eyni ittiham onlara da şamil olub. Onların adı məhkəmənin göndərdiyi SMS-də də keçmişdi,” deyə Saleh Molla-Abbasi əlavə edir.