Sakinlər yaşıllıqların kəsilməsindən narazıdır
Your browser doesn’t support HTML5
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında – “Kvadratlar” adlanan ərazidə yaşıllıq sahəsi hasarlanıb.
Sakinlərin sözlərinə görə, ərazidə çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub.
Onlar deyir ki, tikintini həyata keçirən şirkət “Qismət” MTK-dır.
Sakinlər yaşıllıq ərazidə tikintinin aparılmasına etiraz edirlər. Onlar bu vəziyyətin 4 ildir ki, davam etdiyini deyirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına müraciət edən sakinlər şikayətlərinə baxılmadığını deyirlər.