Səid Əzizi: İranda qadınlar və fəhlələrin mücadiləsi milləti ürəkləndirir [Audio-Müsahibə]

Səid Əzizi

Səid Əzizi hesab edir ki, İranda yoxsul siniflər və qadınların bərabər hüquqlar uğrunda mücadiləsi siyasi müxaliflətin də möhkəmləşməsinə səbəb olur. Azərbaycan Demokratik Birliyi təşkilatının sözçüsü Amerikanın Səsi ilə söhbətdə qeyd edir ki, toplum bu qrupların etirazını müsbət qiymətləndirir və haqlı görür.

Your browser doesn’t support HTML5

Səid Əzizi Amerikanın Səsinə danışır

Keçən aylarda İranın bir çox vilayətlərində “iqtisadi ədalətsizliyə” qarşı baş qaldıran kütləvi etirazlar bir qədər səngisə də, işçilər, əkinçilər və qadınların dağınıq şəkildə təşkil etdiyi etiraz mitinqləri ölkənin müxtəlif bölgələrində davam etməkdədir.

Bəlkə millət bəzi mürəkkəb siyasi məsələləri başa düşmür ya millətin hamısı siyasi qrupları dəstəkləmir. Amma fəhlələr və qadınların məsələsi o qədər sadədir ki, toplum onları qəbul edir.

“İranda müxtəlif qruplar, o cümlədən qadınlar, fəhlələr və qeyri-fars millətlər davamlı şəkildə ya neçə ildə bir dəfə etiraz aksiyaları təşkil edirlər. Amma bu etirazlara nizam verən və bu qruplara nümayəndəlik edən təşkilatlar və partiyalar yoxdur. Buna görə də bu nizamlı şəkildə irəli getmir,” Səid Əzizi müşahidə edir.

İsveçdə yaşayan türk fəal son vaxtlar kütləvi etirazlarla ortaya çıxan müxtəlif siniflər və qrupların bir siyasi cərəyana çevrilə biləcəklərini ehtimal etmir.

Onun sözlərinə görə, bu qruplar müstəqil bir siyasi hərəkat ortaya çıxara bilməyəcəkləri kimi mövcud siyasi cərəyanlara da qatılmazlar amma siyasi müxalifətin möhkəmləşməsinə səbəb ola bilərlər:

“İranda fəhlələr ağır vəziyyətdə çalışırlar. Bunların maaşı kağız üstündə belə çox aşağıdır amma o aşağı maaşı da aylarla bunlara vermirlər. Bu durum onları cana gətirib. Zülm həddindən aşıb. Buna görə də bunlar basqıya məruz qalsalar da, yoldaşları tutulsa da, etirazdan əl çəkmirlər.. Toplum da həm fəhlələrin həm də qadınların etirazını müsbət qiymətləndirir və haqlı görür. Toplum onları başa düşür.”

İşçilərin mitinqi - Urmiyə, fevral 2018

Səid Əzizi deyir, “bəlkə millət bəzi mürəkkəb siyasi məsələləri başa düşmür ya millətin hamısı siyasi qrupları dəstəkləmir. Amma fəhlələr və qadınların məsələsi o qədər sadədir ki, cəmiyyət onları qəbul edir. Heç kəs deyə bilmir ki, onlar haqsızdır.”

“Mənim fikrimcə, bu etirazlar hökümətə qarşı müxalifəti ya mübarizəni daha artıq möhkəmləşdirir. Bu müxalifətin haqlı olduğunu daha artıq sübut edir. Millətə ürək verir ki, bu siyasi müxalifətə dəstək versinlər,” Səid Əzizi əlavə edir.