“Bu Səid-siz dördüncü bahardır. Onların Səidə qarşı belə insafsız rəftarını heç başa düşmürəm.” Bu, dörd ildən artıqdır Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı yazar, jurnalist və hüquq müdafiəçisi Səid Mətinpurun həyat yoldaşının sözləridir.
Ətiyə Tahiri Amerikanın Səsi ilə müsahibədə həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığı və onun müalicə imkanları ilə təmin edilmədiyini bildirib.
Onun sözlərinə görə, Səid Mətinpurun vəziyyəti ürək xəstəliyi üzündən neçə dəfə ağılrlaşıb və bundan əlavə mədə və onurğasında da problemlər vardır. Ancaq zindanda sadəcə umumi həkimlər var və mütəxəssis həkimlə görüşmək üçün onun eşiyə çıxmasına icazə verilmir.
İranda bir çox məhbuslar məzuniyyət (mürəxxəslik) hüququndan istifadə edərək, müəyyən müddət üçün ailələrinin yanına gedə bilirlər. Bu il bayram münasibəti ilə bir çox məhbus, o cümlədən həbsdə olan bəzi İran İslam Respublikası muxalifləri öz məzuniyyət hüquqlarından faydalanıblar, ancaq dörd ildən artıqdır Evin zindanında saxlanılan Səid Mətinpura bu günə qədər məzuniyyət haqqı verilməyib:
“Həm məzuniyyət və həm də şərti azadlıq üçün dəfələrlə ərizə vermişik. Amma heç biri qəbul olunmayıb. Səidin həbs hökmü 8 ildir və o, indi dörd il yarımdır həbsdədir. Həbs müddətinin yarısından çoxunu çəkdiyinə görə qanunlara görə ona şərti azadlıq tələb oluna bilər” -zəncanlı juranlistin həyat yoldaşı qeyd edib.
O, həyat yoldaşının uzun müddətli həbs cəzasına yol açan ittihamlar haqda da danışıb: “Səidi casusluqla günahlandırıblar, ancaq onun hansı məlumatı və nə şəkildə sızdırdığını demirlər. Məhkəmənin sənədlərini nə Səid, nə də onun vəkili görüb. Səid doqquz ay ən ağır şərtlər içində təcridxanada işgəncələrə məruz qalaraq sorğu-suala çəkildi, ancaq ona özünümüdafiə fürsəti verilmədi.”
“Əslində mən də Səid kimi həbs cəzası çəkirəm”-deyə, Ətiyə Tahiri həyat yoldaşı olmadan həyatın çətin keçdiyini vurğulayır: “Bu, Səidsiz keçən dördüncü bahardır. Ancaq mən bilirəm ki, düşüncə sahibi olaraq yaşamaq çətindir.”
Tehran Universitetinin Fəlsəfə fakültəsinin məzunu olan yazar, jurnalist və hüquq müdafiəçisi dəfələrlə nəzarət altına alınıb və İranın Təhlükəsizlik Nazirliyi həbsxanalarında sorğu-suala çəkildikdən sonra 8 il həbs cəzasına məhkum edilib. O, 4 ildən artıqdır Tehranın Evin zindanında saxlanılır.
Amnesty International, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi (CPJ) güneyli jurnalisti vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. Dünyanın müxtəlif ölkələrində Səid Mətinpura azadlıq tələbi kampanyaları keçirilir.
Your browser doesn’t support HTML5