Şahmat üzrə Dünya Kubokunun finalı başlayır

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarında rusiyalı qrossmeysterlər Sergey Karjakin və Pyotr Svidler finala çıxıb.

Oktyabrın 1-də şahmatçılar 1,5 saat davam edən 4 partiya seriyasından ilk partiyanı oynayacaqlar. Əgər sonuncu partiya heç-heçə bitərsə görüş rəqiblərdən birinin ilk qələbəsinə qədər davam edəcək.

Yarışlarda Azərbaycanı 6 şahmatçı təmsil edib. Ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov göstərərək dördə bir finala çıxıb.

Xatırladaq ki, Dünya Kubokunun mükafat fondu 1,5 mln. dollardan çoxdur.