Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı barəsində 3 ay həbs seçilib

Şahin Sultanov

Şahin Sultanov dövlət vəsaitini külli miqdarda mənisəməkdə ittiham olunur

Baki Hərbi Mərhkəməsi Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə 3 ay həbs qətimkan tədbiri seçib. Bu barədə Amerikanın Səsinə Bakı Hərbi Məhkəməsindən bildiriblər.

Məlumatı Amerikanın Səsinə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti də təsdiq edib.

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanov bu ilin martında vəzifəsindən azad edilib.

Hərbi Dəniz Qüvvələrində Respublika Hərbi Prokurorluğu və Maliyyə Nazirliyinin iştirakı ilə yoxlamalar aparılıb.

Yoxlamalardan sonra Hərbi Dəniz Qüvvələrinin bir neçə yüksək vəzifəli şəxsi külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.