Sahibkarlar “Eurohome”un bağlanmasına etiraz edib
Your browser doesn’t support HTML5
"Eurohome” ticarət mərkəzində çalışan sahibkarlar bazarın önündə etiraz aksiyası keçiriblər.
Aksiyanın keçirilmə məqsədi, may ayının 11-də bazarda baş vermiş yanğından sonra sahibkarlara bazarın öz fəaliyətini nə zaman bərpa edəcəyi və ümumiyətlə yanğından sonrakı vəziyyətlə bağlı heç bir məlumat verilməməsidir.
Qeyri-müəyyən durumdan şikayətlənən etirazçılar, bu “susqunluğun” onlara baha başa gəldiyini və hər ötən günü külli miqdarda maddi ziyanla başa vurmalı olduqlarını bildiriblər.
Məsələ ilə bağlı bazar rəhbərliyinin mövqeyini almaq mümkün olmayıb.