Emal edilmiş ərzaqlar mağazalardakı ən ucuz yeməklərdir. Lakin onların tərkibi çoxlu natrium, şəkər və dolğun yağlarla boldur ki, bu maddələr piylənmə və xroniki xəstəliklərə səbəb ola bilər. Bir çox azgəlirli ailələr bu cür ərzaqları alırlar çünki onlar faraş meyvə, tərəvəzdən və kəpəkli məhsullardan daha ucuzdurlar. Aclıqla mübarizə aparan təşkilat Cooking Matters bir sıra pulsuz proqramlar vasitəsilə azgəlirli ailələrə daha sağlam qidalanmağa yardım göstərir. Bu proqlamlardan biri də Ərzaq Dükanında Tur-dur.
Ərzaq alış-verişi sağlam qidalanma və daha sağlam həyat üçün atılan ilk addımdır.
Qidalanma dərsinin müəllimi Lindsey Siqers Ərzaq Dükanında Tur proramında iştirak edən azgəlirli qadınlara kömək edir.
“Mağazaya cibində 10 dollarla gəlib, bir neçə günlük bazarlıq etmək necə olar?”
Tur faraş meyvə-tərəvəz bölməsində başlayır. Burda iştirakçılar qiymətləri müqayisə etməyi....
və ən əlverişli malı almağı öyrənirlər. Onlar həmçinin məhsulların bir neçə çeşidinin olduğunu öyrənirlər...
həm də dondurlumuş meyvə və tərəvəzlərin də yaxşı seçim olduğunu.
Siqers kəpəkli ərzaqların faydalarını başa salır.
Qida etiketlerini diqqətlə oxumaq vacibdir.
Çox taxıllı və ya tam taxıllı məhsullar əslində ağ undan hazırlanır. Bu isə diabeti onların sağlamlığına böyük təsir göstərir
“İnsanlar etiketə baxanda çaşırlar. Çox taxıllı və ya tam taxıllı məhsullar əslində ağ undan hazırlanır. Bu isə diabeti onların sağlamlığına böyük təsir göstərir. Bu tur insanlara paketlərin üzərindəki etiketləri anlamağı öyrədir.”
“Bu tur mənə Lindseyin bəhs etdiyi natrium, şəkər və dolğun yağlara diqqət yetirməyi öyrətdi.”
Tia Teylor artıq özündən daha əmin alıcı olub.
“Mən çoxlu dondurulmuş yeməklərdən istifadə edirəm. Ona görə də, mən şadam ki, Lidsey dondurulmuş ərzaqların qida dəyərləri barədə danışdı.”
Bu tur Tina Pavlika yemək vərdişlərini dəyişməyə kömək edib.
“Mən çoxlu makaron yeyirdim, amma burda öyrəndim ki, ucuz qidalanmaq üçün makaron yemək lazım deyil. Mən makaronu ucuz olduöu üçün yeyirdim və az gəlirlə sağlam qidalanmağın mümkün olmadığını düşünürdüm.”
Lakin bir neçə alış-veriş məsləhəti aldıqdan sonra o və digər iştirakçılar əslində bunun mümkün olduğunu öyrəniblər.