Dünən acıqla məhkəmə zalını tərk etdikdən sonra bu gün sabiq Liberiya prezidenti Çarls Teylor və onun vəkili bu gün məhkəməyə gəlməyiblər. Haaqada Sierra Leone üzrə Xüsusi Məhkəmə bu gün açıq elan olunmuş və cənab Teylorun məhkəməyə gəlməməsini nəzərə alaraq cümə gününədək təxirə salınmışdır. Cənab Teylorun vəkili dünən məhkəmənin müdafiə tərəfinin yazılı iltizamını 20 gün gecikdiyinə görə rədd etməsindən sonra məhkəmə zalını tərk etmişdi. Sabiq prezidentin üzləşdiyi 11 ittiham sırasında qətl, işgəncə və uşaq əsgərlərdən istifadə etmək maddələri var. O, günahkar olmadığını deyir.