Sabiq diktator Panama hökumətinə təhvil verildi

  • Amerikanın səsi

Sabiq diktator Panama hökumətinə təhvil verildi

Panamanın 1980-ci illərdə narkotika alveri ilə məşğul olan sabiq hərbi diktatoru Manuel Norieqa bu gün vətənə qayıdır.

O, narkotika alveri və pul yuyulması ittihamları ilə ABŞ və Fransada 20 il həbs cəzası çəkib. Bu gün o, Fransa hökuməti tərəfindən Panama polisinə təhvil verilir.

Norieqa Panamada diktator qismində törətdikləri cinayətlərə görə əlavə 20 illik həbs cəzası ilə üzləşir. Bu ittihamlara onun öz rəqiblərini öldürtdürməsi daxildir.

77 yaşlı sabiq lider yaşına görə ev dustağı ola bilər. Bu qərarı Panama hökuməti verəcək.

Etirazçılar hökuməti Norieqanı həbsdə saxlamağa çağırıblar.