Rəy sorğusu: Putinə etimad azalıb

Yeni rəy sorğusunun nəticələrinə əsasən, Rusiyada qadınlar və kişilər üçün pensiya yaşının artırılması haqda mübahisəli qərar fonunda prezident Putinin populyarlıq reytinqi 39 faiz azalıb. Sorğu Rusiyanın “Levada Mərkəzi” tərəfindən keçirilib.

Mərkəzin keçirdiyi sorğuda göstərilir ki, Putinə etimad keçən ilin iyun ayından 9 faiz, keçən ilin noyabr ayından isə 20 faiz azalıb.

Rusiya prezidenti keçən həftə qadınlar üçün yeni pensiya yaşının 60, kişilər üçün isə 65 yaş kimi müəyyən edildiyi qanun layəhisəni imzalayıb. Bu qərar rusların əksəriyyəti tərəfindən narazılıqla qarşılanıb və ölkə boyu etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Moskvada pensiya yaşının artırılmasına etiraz olaraq keçirilən nümayişin iştirakçıları, 9 sentyabr, 2018.

“Levada Mərkəzi” nin sorğusuna əsasən, Putinin populyarlıq reytinqinin düşməsinin bir səbəbi də qiymətlərin artması və maaşların azalması ilə bağlıdır.

Putinin ən aşağı reytinqi bundan öncə mərkəzin keçirdiyi rəy sorğularında 2013-cü ildə qeydə alınmışdı. 2008-ci ildə iqtisadi böhran və kütləvi etiraz nümayişlərindən sonra Rusiya prezidentinə etimad 30 faiz azalmışdı.