Rəsul Cəfərov: İnsan haqları sahəsində əsaslı islahatlar aparılmalıdır

Your browser doesn’t support HTML5

Rəsul Cəfərov: "İnsan haqları sahəsində əsaslı islahatlar aparılmalıdır "

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində durumdan danışıb.

Amerikanın Səsi: 18 iyun Azərbaycanda insan hüquqları günü kimi qeyd olunur. Bu sahədə ölkədə durumu necə qiymətləndirərdiniz?

Rəsul Cəfərov: İnsan haqları sahəsində durum ciddi, dərin və əsaslı islahatların aparılmalı olduğu bir vəziyyətdədir. Xüsusən də mülki və siyasi hüquqlar sahəsində, bir az detallı açıqlasaq, sərbəst toplaşma azadlığı, ifadə azadlığı, birləşmək azadlığı, pluralizm və sair məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Digər hüquqlarla da bağlı, - sosial, iqtisadi hüquqlarla da bağlı çətinliklər var. Onların da aradan qaldırılması zəruridir. Yəni çox detallara varmadan ümumi vəziyyətin ciddi dəyişikliyə, müsbət mənada dəyişikliyə ehtiyacı olan bir vəziyyət kimi qiymətləndirirəm.

Amerikanın Səsi: İnsan hüquqlarının təmin olunmasına əsas maneələr hansılardı?

Rəsul Cəfərov: Belə deyək, qanunvericilik baxımından da müəyyən maneələr var. Elə istiqamətlərdə qanunvericilik aktları mövcuddur ki, onlar ya həddən artıq çox köhnəlib və yaxud ona vaxtilə çox ağır və reqressiv dəyişikliklər edilib. Nümunəsini QHT-lər haqqında paket qanunvericiliyə edilmiş dəyişikliklərdə qeyd edə bilərik. Amma mənim fikrimcə, bizdə, Azərbaycanda əsas problem praktikada yaranır və bu praktikada istər-istəməz gedib siyasi iradəyə dayanır və fikirləşirəm ki, bir sıra problemlərin, sırf insan haqları ilə bağlı problemlərin həll olunması və yaxud həll olunmamasının səbəbi siyasi iradənin çatışmamazlığıdır və əsas maneə bundan ibarətdir. Sadəcə siyasi mövqe dəyişməlidir. Siyasi iradə nümayiş etdirilməlidir. Hətta mərhələli şəkildə olsa belə, bu, mövcud problmlərin həllinə başlanılmalıdır.

Amerikanın Səsi: Niyə Azərbaycanda siyasi məhbus məsələsi həll olunmur?

Sadəcə siyasi mövqe dəyişməlidir. Siyasi iradə nümayiş etdirilməlidir. Hətta mərhələli şəkildə olsa belə, bu, mövcud problmlərin həllinə başlanılmalıdır.


Rəsul Cəfərov: Siyasi məhbus məsələsi hüquq və azadlıqlar baxımından bir neçə istiqamətdə gedir. Birinci istiqamət azadlıq hüququdur. Təəssüf ki, bizim konstitutsiyada, həm Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində təsbit olunmuş bu hüquqla bağlı ciddi problemlər var. Onu da xüsusi qeyd edim ki, bu təkcə özünü siyasi işlərdə göstərmir. Digər işlərdə də, bu kimi məsələlər var. Bax, bizə son aylar ərzində həm Bakıdan, həm regiondan ya cinayət törətməmiş şəxslərin məsuliyyətə cəlb edilməməsi söhbəti ilə bağlı, və yaxud edilmiş əmələ adekvat olmayan ağır cəzanın verilməsi ilə bağlı və ya əksinə edilmiş olan ağır bir əmələ görə çox həddən artıq yüngülləşdirilmiş bir cəzanın təyin olunması ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Konkret siyasi məhbus probleminə gəldikdə, bunun həlli üçün iki addım tələb olunur. Birinci addım, artıq siyasi iş kimi qəbul edilmiş, tanınmış işlər üzrə həbsdə olan şəxsləri azadlığa buraxmaq lazımdır. Bunun istiqamətində müəyyən addımlar atılır. Vaxtaşırı olsa da əfv sərəncamları, bəzən digər məhkəmə qərarları, vaxtından əvvəl azadetmələrlə bağlıdır məhkəmə qərarları olur. Bu, problemin birinci addımını müəyyən mənada həll etmiş olur. Amma o, ikinci əsas mahiyyət etibarı ilə ki, məhkəmə müstəqilliyi olmalıdır. İstintaqın müstəqilliyi təmin olunmalıdır. Burada çox ciddi axsamalar var. Bu istiqamətdə əvvəl də qeyd etdiyim kimi siyasi iradə lazımdır.

Amerikanın Səsi: İnsan hüquqlarının pozulması faktları səmərəli araşdırılırmı?

Rəsul Cəfərov: Ümumiyyətlə onu qeyd edim ki, araşdırma mexanizmləri var. Bizdə qanunvericiliyə əsasən hər bir vətəndaşın həm konstitusiyada bu qeyd olunub , həm də digər hüquqi aktlarda səmərəli müdafiə hüququndan istifadə hüququ var və bu istər inzibati icra orqanları vasitəsilə, istər məhkəmə orqanları vasitəsilə olsun nəzərdə tutulub. Amma, burada problem artıq qeyd etdiyimiz praktikada özünü göstərir ki, bu vasitələr nə qədər səmərəlidir? Məsələn, bizdə şikayət qəbul edən orqanlardan biri ombudsman təsisatıdır. Əvvəlki illərlə müqayisədə hazırda Ombudsman təsisatının nisbətən daha yaxşı fəaliyyət göstərdiyini qeyd edə bilərik. Bununla bağlı müəyyən işlər də müşahidə etməkdəyik. Əlbəttə, bunlar fundamental dəyişiklik hesab edilmir. Amma müqayisədə irəliliyə doğru addımdır. Amma məhkəmə müdafiəsi, məhkəmənin səmərəli müdafiəsində təəssüf ki, çox ciddi problemlər mövcuddur. İstər siyasi işlər olsun, istər mülkiyyət hüququ ilə bağlı olsun, sahibkarlıq, biznes sturukturlarının işləri olsun burada səmərəliklə bağlı suallar var, onları həll etmək lazımdır.

Amerikanın Səsi: Azərbaycan vətəndaşlarının hüquqlarının etibarlı qorunması üçün qanunvericilikdə hansı dəyişikliklər gərəklidir ?

Rəsul Cəfərov: Bir neçə istiqamətdə dəyişiklik gərəkdir. Əslində, istiqamətlər çoxdur. Mən ən vaciblərini nəzərdə tuturam. Bizim üçün vətəndaş cəmiyyəti olaraq ilk növbədə söhbət qeyri-hökümət təşkilatlarının, ümumilkdə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətioni tənzimləyən qanunvericilikdən gedir. Bu "Qrant haqqında" qanundur, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" qanundur, "Könüllülük haqqında" qanundur. Burada çox ciddi dəyişikliklərə gedilməlidir. İkinci istiqamət, tutaq ki, media istiqamətini götürə bilərik. Burada biz hesab edirik ki, yeni media qanununa ehtiyac var. Biz artıq bilirik ki, bu qanun artıq hazırlanır. Təəssüf ki, onun ictimai müzakirəsi olmadığına görə biz bilmirik həmin qanunda nə nəzrədə tutulub. Amma media sahəsini, istiqamətlərini tənzimləyən yeni qanunvericiliyə ehtiyac var. Xüsusən də diffamasiya ilə bağlı. Təəssüf ki, bizdə diffamasiya hələ də cinayət əməli olaraq qalır. Onun dekriminallaşdırılması ilə bağlı qanunvericiliyin dəyişikliyinə ehtiyac var. "Cinayət Məcəlləsi" dəyişdirilməlidir.

Amerikanın Səsi: Azərbaycanda köklü olaraq, insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır.

Əgər, biz, bu gün fikirləşiriksə vətəndaşların hüquqi maariflləndirilməsinə ehtiyac var, bu o anlama gəlir ki, medianın və QHT-lərin fəaliyyətinə tam müstəqil imkan yaradılmaldır. Hüquqi yardım sahəsində çox ciddi axsaqlıq var. 


Rəsul Cəfərov: Bu, yenə də nəticə etibarı ilə gedir siyasi iradəyə. Siyasi iradə olacağı təqdirdə bir çox addımlar atmaq olar. Elə məhkəmə müstəqilliyinin təmin edilməsindən tutmuş hüquqi maarifləndirmə işlərinə qədər bir sıra istiqamətləri əhatə etmək olur. Burada sual çıxır, hüquqi maatifləndirməni kim etməlidir? Bir qayda olaraq qeyri-hökümət təşkilatları və media. Onların azadlığı ilə bağlı problemlər varmı, var. Bunların hamısı bir-birinə bağlı olan məsələlərdir. Əgər, biz, bu gün fikirləşiriksə vətəndaşların hüquqi maariflləndirilməsinə ehtiyac var, bu o anlama gəlir ki, medianın və QHT-lərin fəaliyyətinə tam müstəqil imkan yaradılmaldır. Hüquqi yardım sahəsində çox ciddi axsaqlıq var. Xüsusən də regionlarda. Son aylar ərzində Vəkillər Kollegiyası vəkillərinin sayının artırılması ilə bağlı bir sıra addımlar atır. Peşəkar vəkillərin sayı artır. Amma, bu daha Bakıya çox fokuslanır. Baxaq regionlara. Vəziyyət çox ağırdır. İnsanların hüquqi yardıma ehtiyacları var. Bu istiqamətdə addımlar atılmalıdır. Artıq barəsində danışdıq. Siyasi motivli həbslərlə bağlı bunların aradan qaldırılması üçün bir tərəfdən azad edilmələr baş verilməldir. Digər tərəfdən elə bil sistem yaradılmalıdır ki, bu baş verməsin. Daha bir addım Avropa məhkəməsinin qərarlarının icrası ilə bağlıdır. Bu da çox vacib məsələdir. Çünki Avropa məhkəməsinin qərarları artıq Azərbaycan qanunvericiliyinin tərkib hissəsidir. Buna xaricidən idxal olunan bir anlayış kimi qəbul etməməliyik. O qərarların icrası da məhkəmə müstəqilliyi, hüquq və azadlıqların daha yaxşı qorunması ilə nəticələnə bilər və bu da bir istiqamət ola bilər. Ümumilikdə isə istiqamətlər çoxdur.