"Rəssam özünü lazımsız hiss etməməsi üçün satış etməlidir"

Your browser doesn’t support HTML5

Ellada İsmayıl 20 ildən artıq təcrübəsi olan azərbaycanlı rəssamdır. O, rəssamların problemlərindən söz açıb. Ellada İsmayıl deyir ki, ümumilikdə rəssamların hamısının üzləşdiyi problemlər hər yerdə eyni tipdədir. Nə çəkim və necə satım? Rəssam nə çəkəcəyini akademiyadan, repetitorlardan öyrənə bilər. Amma rəsmin satılması rəssamın birbaşa inkişaf etməsinə təsir edir. Rəssam uğurlu art-kommersiya siyasətinin necə qurula biləcəyini izah edib. Ellada İsmayıl qeyd edib ki, rəssamın özünü lazımsız hiss etməməsi üçün o mütləq satış etməlidir. Satış rəssam üçün böyük motivasiyadır. Satış olduğu təqdirdə rəssam hiss edir ki, onun yaradıcılığına qiymət verən var. Adətən xarici kolleksionerlər rəssamın saytının olmasına, rəssamın tərcümeyi-halına, onun neçə illik təcrübəsinin və neçə satışının olmasına fikir verirlər. Buna investisiya kimi də baxanlar olur. Əgər rəssam ümidverici rəssamdırsa onun işini almağa dəyər, çünki dəyəri hər il artacaq.