Rəqibi olmayan 11 yaşlı çapar
Your browser doesn’t support HTML5
Gülay Fərzəliyeva 4 yaşından bəri at çapır. At çapmağı ona kiçik yaşlarında atası öyrədib.
Hazırda 11 yaşı olan Gülay konkur idman növü ilə məşğul olur.
Gülay ona hədiyyə edilən Qarabağ atına "Sərəyim" adını verib.
Həmyaşıdları arasında atçılıq üzrə qız idmançılar olmadığına görə, o, yerli yarışlara qatıla bilmir. Gülayın arzusu beynəlxalq yarışlara qatılıb, Azərbaycanı təmsil etməkdir.