"Rənglərin ritmi" sərgisi
Your browser doesn’t support HTML5
Bakıda Muzey Mərkəzinin Sərgi Qalereyasında rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi keçirilib. Nümayiş olunan əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlib və caz musiqisinə həsr olunub. Sənətkar musiqiyə xas olan duyğuları rəng və cizgilərin dili ilə ifadə edib.
Sərgi caz musiqisinin yerli və xaricdən olan 30-dan çox korifeyinə həsr olunan əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr, maestro Niyazi, Nina Simon, Natiq Şirinov, Dilarə Kazımova və başqaları bu sırada yer alır.
Hazırki və əvvəlki sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məhşur musiqi janrına Azərbaycanın verdiyi töhvələri nümayiş etdirir.
Qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunub.
Rəssamın digər silsiləsi öz adını mif qəhrəmanı olan nar pərisindən götürmüş Nargilədir. Bu sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərlərini görmək olar.