Rəna Əfəndi: Əl-Hol düşərgəsində Azərbaycandan olan qadın dedi ki, biz burada 200 nəfərik
Your browser doesn’t support HTML5
Bu yaxınlarda tanınmış azərbaycanlı foto jurnalist Rəna Əfəndi Davosda Dünya İqtisadi Forumunda yeddi nəvəsini Suriyadakı Əl-Hol düşərgəsindən İsveçə gətirən Çili mənşəli isveçli musiqiçinin hekayəsini bölüşüb. Prezentasiya zamanı Rəna Əfəndi düşərgədə saxlanılan uşaqların ağır vəziyyətini və onların repatriasiyası qarşısında maneələri qeyd edib. O, Əl-Hol düşərgəsində olduğu zaman orada saxlanılan azərbaycanlı qadınlarla da görüşüb. Rəna Əfəndi Amerikanın Səsinə müsahibəsində düşərgədki azərbaycanlı qadınlar və uşaqların durumu və onların ölkələrinə repatriasiya olunmasının vacibliyindən danışıb.