İran əsilli iş adamı Türkiyədə korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunub
İran Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunmuş iş adamı Rza Zərrabla bağlı açıqlama verib.
APA agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini İbrahim Rahimpur bildirib ki, Türkiyədəki son hadisələr tək R.Zərrabla bağlı deyil.
“Məsələ bu ölkədəki quruluşun pərdə arxasında cərəyan edən qarşıdurmalardan qaynaqlanır”.
Onun sözlərinə görə, soyadını Sərraf olaraq dəyişdirmiş iş adamı haqqında bəzi iddialar ortaya atılıb.
“Biz mövzunu hələ araşdırmadığımızdan, bir qiymətləndirmə edə bilməyəcəyik. Düzdür, İranla bağlı bəzi iqtisadi əlaqələr gündəmə gətirilib. Lakin bu məsələ Türkiyənin daxili məsələsidir. Mövzu qarmaqarışıq olduğundan, mühakimə üçün şərtlər əlverişli deyil”.
İ.Rahimpur R.Zərrabın rəsmi şəxs və dövlətlə əlaqəsi olmadığından, onun həyata keçirdiyi bank əməliyyatlarının İranla nə qədər əlaqəli olduğu haqqında məlumatlara malik olmadığını deyib.
“Son bir həftədəki bütün məlumatlar medianın ortaya atdığı məlumatlardır. Ancaq həyata keçirilən həbslər mövzunun ciddiliyini göstərir”.