Azərbaycan Rusiyaya humanitar yardım göndərib

Rusiyaya humanitar yardım

Humanitar yardım 22 yük avtomobil ilə iyulun 8-də Krasnodara yola salınıb.
Azərbaycan prezidentinin tapşırığı ilə Rusiyanın Krasnodar diyarında baş vermiş daşqından zərərçəkmiş insanlara humanitar yardım göndərilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu qurumun 22 maşından ibarət humanitar yardım karvanı iyulun 8-də Krasnodara yola düşüb. Humanitar yardıma içməli su, şirələr və digər zəruri ərzaq məhsulları daxildir. Maşın karvanını 38 nəfərlik şəxsi heyət müşayiət edib