Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan MakBet Amerikanın Səsinə müsahibədə İsrailin Qəzzada gözlənilən quru əməliyyatı, İranın son eskalasiyada mümkün rolu və İsrailin Qəzzada məqsədindən bəhs edib.
Amerikanın Səsi: Cənab MakBet, İsrail yaxında mühasirə altında olan HƏMAS-ın idarə etdiyi Qəzza zolağına qurudan hücum həyata keçirəcəyi barədə xəbərdarlıq edib. Bunun nə zaman və necə olacağını gözləyirsiniz?
Rayan Makbet: Bu çox çətin sualdır, çünki İsrail çox yaxşı əməliyyat təhlükəsizliyinə malikdir və Hərbi hərəkətlərin əməliyyat təfərrüatları adətən İsrail Müdafiə Qüvvələrindən sızmır. Real cavab isə odur ki, İsrail hazır olduğunu hiss etdiyində, hava hücumlarının qoşunlarının daha az itki ilə girə bilməsi üçün kifayət qədər tükəndirmə yaratdığını hiss etdiyində qoşun göndərəcək. Bununla belə onlar hazırda ehtiyatda olan 360 000 əsgəri xidmətə çağırıblar ki, bu da ölkə əhalisinin təxminən 4 faizi deməkdir. Və ehtiyatda olan əsgərin xidmət göstərdiyi hər gün onlun iqtisadiyyata 1 gün daha az töhfə verməsi deməkdir. Ona görə də onlar ehtiyatda olan əsgərləri əbədi olaraq xidmətdə saxlaya bilməzlər. Çox güman ki, növbəti 72 saatda bir əməliyyat görməyəcəyik, amma gələn həftə onlar hərəkətə keçə bilərlər.
Amerikanın Səsi: Sizcə, necə oldu ki, HƏMAS İsrail ordusunundan yan keçərək oktaybrın 7-də reydlər necə həyata keçirə bildi?
Rayan Makbet: Bu çox yaxşı sualdır və İsrail ordusunun növbəti aylarda araşdıracağı bir sualdır. Bu, böyük ehtimalla planların bölüşdürülməsi ilə əlaqədardır. Əgər HƏMAS reydleri elə hazırlamışdısa ki, hər bir reyd komandası tək özünün reyd həyata keçirdiyini düşünürdü, bunu gizli tutmaq daha asandır. Və mümkündür ki, bir neçə qrup, hər bir HƏMAS militantın agah olmadığı nəhəng bir planın bir hissəsi olaraq, müstəqil şəkildə döyüşmək üçün təşkil edilmişi. Bəlkə də, İsrail informatorları vasitəsilə plan barədə eşitmişdi, amma bunun 20-ə yaxın militantın yenidən sərhədi keçmə ssenarisi olacağını düşünürdü və HƏMAS qruplarında heç kəs böyük planı bilmirdi.
Amerikanın Səsi: Sizcə, son eskalasiyada İranın rolu olub mu?
Rayan Makbet: Tərcümə olunan sənədlərə və tərcüməçulərin rəylərinə, üstəgəl peşəkar qrafiklərə əsasən, İranın müəyyən dərəcədə əli olduğu, demək olar ki, dəqiqdir.
Amerikanın Səsi: İsrailin Qəzzada məqsədi nədir?
Rayan Makbet: İsrailin məqsədi HƏMAS-ın hərbi bacarıqlarını məhv etmək və bunu elə hərtərəfli etmək ki, başqa militant təşkilatlar İsrailə hücum etməyə tərəddüd etsinlər.