Rüstəm İsmayılbəylinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib

Your browser doesn’t support HTML5

İyunun 8-də Bakı Apelyasiya məhkəməsində Rüstəm İsmayılbəylinin 15 günlük inzibati həbsi barədə qərardan verilən şikayətə baxılıb. Bakı Dövlət Universitetinin tələbəsi olan Rüstəm İsmayılbəyli iyulun 1-də bir qrup tələbə və fəalla bir yerdə Təhsil Nazirliyinə tələblərinin əks olunduğu müraciəti təqdim edərkən daha 6 nəfərlə birlikdə saxlanılıb. Digərləri 100-200 manat məbləğində cərimələnsə də, Rüstəm İsmayılbəyliyə 15 sutka həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1 maddələri ilə təqsirli bilinib. Məhkəmə prosesinə gələn ictimai fəallar və jurnalistlər məhkəmə prosesinə və məhkəmənin həyətinə buraxılmayıblar. Hüquqşünas Samirə Ağayevə bildirib ki, bu addım tamamilə qanunsuzdur. Rüstəm İsmayılbəylinin atası qeyd edib ki, o ittihamları qəbul etməyib. Tələbənin bildirdiyinə görə Təhsil Nazirliyinin qarşısında maskada olublar, ara məsafəsini gözləyiblər. Amma hazırda inzibati qaydada həbs cəzası alanların saxlandığı təcridxanada 6 nəfərlik kamerada qalır, onlara heç bir qoruyucu vasitə də verilməyib. Hakim Vaqif Mursaqulov Rüstəm İsmayılbəylinin 15 günlük həbs qərarından şikayəti də təmin etməyib. Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.