Demokratik Qüvvələrin Milli Şurasının sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov "Azadlıq" qəzetinin üzləşdiyi çətin vəziyyətlə bağlı müraciət edib. Müraciətdə deyilir:
- Əziz həmvətənlər! Sizə çox həssas bir zamanda müraciət edirəm. Azərbaycanda azad sözü ifadə edən çox az sayda olan mətbuat orqanlarından biri “Azadlıq” qəzetinin vəziyyəti çox ağırdır. Hakimiyyət qəsdən “Azadlıq” qəzetinə qarşı məhkəmələr təşkil edir. YAP üzvü olan deputatın rəhbərlik etdiyi yayım firması “Azadlıq” qəzetinə olan on minlərlə manat borcunu vermir. Buna görə də qəzet faktiki dayanmaq təhlükəsi ilə üz-üzədir.
“Azadlıq” təkcə bizim milli mətbuat tariximizdə önıəmli yeri olan qəzet deyil, həm də Azərbaycanın demokratik gələcəyi uğrunda mübarizədə əvəzsiz rola malikdir. Buna görə də mənim çağrışımı eşidən hər bir vətəndaşı “Azadlıq”ın taleyinə biganə yanaşmamağa çağırıram. Biz imkan verməməliyik ki, bizim səsimizi boğa bilsinlər. İmkan verməməliyik ki, “Azadlıq” qəzeti bağlansın.