Qalina Jalıbina və həyat yoldaşı Rusiyanı Ukraynanı işğal etdikdən sonra tərk edib. Bir çox rusiyalı ailə kimi onlar da Meksikadan ABŞ-a keçib və nəticədə Nyu-Yorka yerləşib. Yeni evlərindəki çətin şərtlərə baxmayaraq, Jalıbina tezliklə Rusiyaya qayıtmağı planlaşdırmadığını deyir.
Ev hər şey deməkdir. Rusiyalı qaçqın Qalina Jalıbina: "Salam, mənim adım Qalyadır və mən sizə üç ay evsizlər üçün sığınacağında yaşadıqdan sonra tapdığımız mənzili göstərmək istəyirəm. Bu, mətbəximizdir. Mətbəximiz olduğu üçün biz çox şadıq. Hələ heç bir mebelimiz yoxdur, amma döşəyimiz var. Çamadanlar isə komod kimi xidmət edir".
Sentyabrın ortalarında bu çamadanlar Nyu York şəhərində ABŞ-Meksika sərhədini keçən sənədsiz ailələr üçün ayrılan evsizlər sığınacağında saxlanırdı. Qalina Jalıbina: "Nyu-Yorkda olduğumuz ilk gündə qaçqınlara xidmət mərkəzinin əməkdaşları bizə rus dilində bir blank verdi. Bu mənim üçün gözlənilməz oldu".
Texasın sərhəd orqanlarının məlumatına görə, Ukraynanın işğalından bir il sonra ABŞ-a sığınacaq üçün təxminən 30 min rus müraciət edib. Və Nyu York İmmiqrasiya Məhkəməsinin məlumatlarına görə, 2021-ci ilin oktyabrından bəri təxminən 11 min nəfər Nyu Yorkda sığınacaq istəyib. "Müharibə başlayandan bir həftə sonra mən dəli olacağımı düşünürdüm. Ucadan danışmaq qorxulu idi, çünki kiminsə mənim haqqımda xəbər çatdıracaını hiss edir və nəbsxanaya düşəcəyimi düşünürdüm" - deyə, Qalina Jalıbina bildirir.
Bu, onlar üçün asan deyil. İndi özünün siqnalizasiya biznesi ilə məşğul olmaq əvəzinə, Qalina mənzilləri təmizləyir, əri isə kondisionerləri təmir edir. "Ancaq getmək lazım olduğunu başa düşdükdə, çox işləməyə hazırsan, nə qədər xoşagəlməz olsa da, istənilən işi qəbul etməyə hazırsan. Əvvəlcə rahat həyat olmasa da, amma mən inanıram ki, ABŞ-da həqiqətən ac qalmaq mümkün deyil."
Kredit tarixçəsi və ya sənədləri olmayanlar üçün yaşayış yeri tapmaq çətindir. Ancaq nəhayət, üç ay sığınacaqda yaşadıqdan sonra ailə Bronksda ev tapıb.
Hələlik onlar yenicə yerləşir. Ailə bəzən Rusiyanın Ukraynaya təcavüzünə etiraz etmək üçün birlikdə mitinqlərə qatılır. Rusiyada təhlükəsizlik tədbiri olaraq nümayişlərdə yalnız bir ailə üzvü iştirak edirdi. "Qəribə hiss idi. Oraya hamımız birlikdə gedirik. Rusiyada isə kimin gedəcəyinə qərar verirdik - ərim, yoxsa mən. Çünki nəsə baş versə, oğlumuzun yanında kimsə olmalı idi. Və polislərdən qorxmamaq hissi, bu, çox şey deməkdir".
Qalina onların alışmasının tez və ya asan olmayacağını bilsə də, Nyu-Yorkda onun ən çox dəyər verdiyi şeyin - azadlığın olduğunu da bilir.