Rusiyanın Kyivə raket hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Rusiyanın hücumu zamanı çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Kyiv, Ukrayna, 24 iyun 2023.

Yerli rəsmilər bildirib ki, Rusiyanın şənbə günü Kyivə raket hücumu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Bu, Rusiyanın iyun ayında Ukrayna paytaxtına səkkizinci hücumudur. Bu barədə Kyiv şəhərinin hərbi administrasiyasının başçısı Serhii Popko bildirib. O əlavə edib ki, Rusiyanın Kyivə raket hücumu nəticəsində düşən dağıntılar 24 mərtəbəli binanın bir neçə mərtəbəsinə yanğına səbəb olub. O həmçinin deyib ki, hava hücumundan müdafiə sistemləri Kyiv ətrafındakı hava məkanında 20-dən çox Rusiya raketini vurub.

Ukrayna rəsmiləri deyib ki, Rusiya şənbə günü Ukraynanın bir neçə şəhərinə raket hücumu edərək, binalara zərər vurub, tələfata səbəb olub.

Bu arada isə Azadlıq Radiosu bildirib ki, Dniproda dörd evib dağılması ilə nəticələnən raket hücumunda 11 nəfər, o cümlədən üç uşaq xəsarət alıb. Rəsmilər deyib ki, onlardan yeddisi xəstəxanaya yerləşdirilib.

Rusiya sərhədi ilə yaxınlıqda yerləşən və 1 milyon əhalisi olan Xarkiv şəhərində qaz xəttinə raketin dəyməsi nəticəsində yanğın başlayıb. Bu barədə mer İhoq Terexov Telegramda yazıb. Terexov deyib ki, şəhərə üç raket atılıb.

Azadlıq Radiosu bildirib ki, Kremençukda da partlayış səsləri eşidilib.

Rusiya ordusunun verdiyi itkilər

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şənbə günü bildirib ki, Rusiya tammiqyaslı hərbi müdaxilə başlayandan bəri Ukraynada 223,910 əsgərini itirib. The Kyiv Independent bildirib ki, cümə günü 580 əsgər həyatını itirib.

Məlumata əsasən, Rusiya həmçinin 4024 tankını, 7804 zirehli döyüş maşınını, 6731 maşın və yanacaq tankını, 4015 artilleriya sistemini, 619 reaktiv yaylım atəşi sistemini, 383 hava hücumundan müdafiə sistemini, 314 təyyarəsini, 308 helikopterini, 3460 dronunu və 18 qayığını itirib.

Cümə günü Vaqnerin qiyamından sonra Rusiyanın siyasi təlatümlərinə münasibət bildirən Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Twitter-də bildirib ki, “Rusiyanın zəifliyi göz qabağındadır.

“Nə qədər ki, Rusiya öz qoşunları və muzdlularını bizim torpağımızda saxlamağa davam etsə, daha sonra özü üçün bir o qədər xaos, ağrı və problem yaradacaq. Həmçinin aydındır ki, Ukrayna Avropanı Rusiyanın şər və xaosunun yayılmasından müdafiə edə bilir. Biz qətiyyətimiz, birliyimiz və gücümüzü qoruyuruq,” o deyib.

Ağ Ev şənbə günü bəyanat yayaraq bildirib ki, Prezident Co Bayden Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şotlz, Birləşmiş Krallıq baş naziri Rişi Sunakla telefonla danışıb. Bəyanatda deyilir ki, liderlər Rusiyadakı vəziyyəti müzakirə ediblər və Ukraynaya sarsılmaq dəstəklərini təsdiqləyiblər.

Ukraynanın əks-hücumu

Ukraynanın üç yüksək vəzifəli rəsmisi cümə günü əks-hücumun əsas hissəsinin hələ başlamadığını bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları bir sıra ərazilərdə davam edir. Döyüş meydanının qurulması üçün formalaşma əməliyyatları aparılır. Əks-hücum Netflix şousunun yeni sezonu deyil. Hərəkət gözləməyə və popkorn almağa ehtiyac yoxdur,” o deyil.

Müdafiə nazirinin müavini Hanna Malyar deyib ki, əks-hücumun “əsas hadisələri” qarşıdan gözlənilir. “Əsas zərbə hələ qarşıdadır. Həqiqətən, ehtiyatların bir hissəsi - bunlar səhnələşdirilmiş şeylərdir - sonradan işə salınacaq,” Malyar Ukrayna televiziyasına bildirib.

Ukraynanın Tavria cəbhəsinin komandiri general Oleksandr Tarnavski deyib ki, Rusiya qüvvələri son 24 saatda yüzlərlə əsgərini və 51 hərbi maşını, o cümlədən üç tankını və 14 zirehli transportyorunu itirib.

Ukraynaın yüksək rütbəli generalı cənubdakı irəliləyişdə “məqbul uğurlar”ın əldə edildiyini bildirib.