Priqojin Belarusdadır

"Vaqner" qruplaşmasının lideri Yevgeni Priqojin

Rusiyanın muzdlulardan ibarət "Vaqner" qruplaşmasının lideri Yevgeni Priqojin keçən həftə sonu Ukraynaya qarşı mübarizədə Rusiya prezidenti Vladimir Putin rəhbərliyinə qarşı qısamüddətli qiyam təşkil etdikdən sonra Belarusa gedib. Bu barədə məlumatı Belarus lideri Aleksandr Lukaşenko çərşənbə axşamı verib.

Priqojinin Belarusda harada olduğu, onu neçə döyüşçünün müşayiət etdiyi və orada nə qədər qalmağı planlaşdırdığı məlum deyil. Keçən şənbə günü minlərlə döyüşçüsü ilə birlikdə Ukraynadan Moskvaya doğru irəlilədikdən sonra Putinin müttəfiqi olan Lukaşenko Priqojinin Belarusa getməsi ilə bağlı danışıqlar aparıb.

Putin Priqojinin Belarusda olarkən təhlükəsizliyinə söz verib. Belarus dövlət mediasının bildirdiyinə görə, avtoritar Lukaşenko Putini Priqojini öldürməməyə çağırıb.

"Mən Putinə dedim, biz [Priqojini] məhv edə bilərik, problem yoxdur. Birinci cəhddə olmasa da, ikinci cəhddə. Mən ona bunu etmə dedim" - deyə, Lukaşenko təhlükəsizlik rəsmiləri ilə görüşündə bildirib.

Qərb ölkələri müxalifəti sıxışdırdığına və keçən il Rusiyanın Belarus ərazisindən Ukraynaya hücum etməsinə icazə verdiyinə, bu yaxınlarda isə Rusiyaya Ukraynadakı müharibədə mümkün istifadə üçün Belarusda taktiki nüvə silahı saxlamağa icazə verdiyinə görə 68 yaşlı Lukaşenkoya sanksiyalar tətbiq edib.

Priqojinin Belarusda təhlükəsiz olacağına söz verərkən, Putin onun hakimiyyətinə və Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı üsyandan sonra "Vaqner" qrupu haqqında qarışıq fikirlər ifadə edib. Putin "Vaqner" liderlərini satqınlar kimi səciyyələndirsə də, deyib ki, sıravi muzdlular Kyiv qüvvələrinə qarşı döyüşlərdə "həqiqətən cəsarət və qəhrəmanlıq göstərib".

Priqojin Belarusa getməsi onun muzdlularını maliyyələşdirdiyinə dair iddiasının əksinə olaraq, Putinin çərşənbə axşamı Moskvanın "Vaqner" muzdlu döyüşçülərini tam maliyyələşdirmək üçün 2022-ci ilin may ayına qədər 1 milyard dollar ödədiyini dediyi vaxta təsadüf edib.