Latviya rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Latviya hava məkanına daxil olan və şənbə günü qəzaya uğrayan Rusiyaya məxsus pilotsuz uçuş aparatının partlayıcı maddə daşıdığı ehtimal edilir.
Latviya və Rumıniya bazar günü Rusiyanın pilotsuz təyyarələrinin hava məkanını pozan hallarını araşdırdıqlarını bildirib.
Latviya silahlı qüvvələrinin komandanı, general-leytenant Leonid Kalnınş mətbuat konfransında deyib ki, Latviyada qəzaya uğrayan pilotsuz təyyarə İran texnologiyası ilə istehsal olunan “Şahed” tipli pilotsuz təyyarələrdən biridir.
Kalnınşın dediklərindən Latviyanın Delfi xəbər saytı sitat gətirib.
Kalnınşın dediyinə görə, böyük ehtimalla Ukrayna üçün nəzərdə tutulan pilotsuz təyyarədəki partlayıcı aşkar edildikdən sonra zərərsizləşdirilib.
Latviya Müdafiə Nazirliyinin bazar ertəsi yaydığı məlumatda pilotsuz təyyarənin Belarusla sərhəddən təxminən 90 km aralıda, Qayqalava kəndi yaxınlığında düşdüyü və çox guman ki, Belarudsan uçduğu deyilib.
Bazar günü NATO baş katibinin müavini Mirça Coana bu cür halların “məsuliyyətsiz və potensial təhlükəli” olduğunu deyib, lakin bunun alyansa qəsdən hücum əlaməti olmadığını bildirib.