Rusiya məhkəməsi cümə axşamı məşhur müharibə tərəfdarı blogerin ölümünə səbəb olan kafedəki partlayışa görə, Darya Trepova adlı qadını 27 il həbs cəzasına məhkum edib. Partlayış blogerə büstü verildikdən sonra baş verib.
Moskva məhkəməsi başqa bir prosesdə Ukraynadakı separatçı üsyançıların keçmiş liderini prezident Vladimir Putini ekstremizmin qorxağı adlandırmasına görə təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrum edib.
26 yaşlı Darya Trepova Sankt-Peterburq məhkəməsi tərəfindən aprelin 2-də Vladlen Tatarskinin öldürüldüyü, 52 nəfərin yaralandığı kafedə terror aktı törətmək, partlayıcı qurğuların qanunsuz dövriyyəsi və saxta sənədlər hazırlamaqda təqsirli bilinib.
40 yaşlı Tatarski Kremlin Ukraynadakı hərbi əməliyyatlarının qızğın tərəfdarı idi və cəbhə xəttindən döyüşlər barədə mütəmadi olaraq məlumatlar verirdi.
Trepova videoda Tatarskinin Rusiyanın ikinci ən böyük şəhərinin tarixi mərkəzində çay kənarındakı kafedəki partlayışdan bir neçə dəqiqə əvvəl ona büstünü təqdim edərkən görünüb.
Trepova büstün içərisində bomba olduğunu bilmədiyini israr edib. Rusiya hakimiyyəti partlayışın təşkilində Ukrayna kəşfiyyat orqanlarını günahlandırıb. Kyiv hakimiyyəti ittihamla bağlı birbaşa şərh verməyib.
Məhkəmə Trepovanın tanışı Dmitri Kasintsevi də partlayışdan sonra ona sığınmaqda və ağır cinayəti gizlətməkdə təqsirli bilərək, 21 ay müddətinə azadlıqdan məhrum edilib.
Moskva məhkəməsi 2014-cü ildə Ukraynanın Donetsk vilayətində üsyan başlayanda Rusiyanın dəstəklədiyi separatçı döyüşçülərin tanınmış lideri Strelkov (Srtelets) soyadından istifadə edən İqor Girkini 4 il həbs cəzasına məhkum edib.