Voronej şəhərinə pilotsuz təyyarə düşüb

İlkin məlumatlara görə, Voronej şəhərinin Belinski küçəsinə pilotsuz təyyarə düşüb. Xüsusi xidmət orqanları hadisə yerində işləyir. Bu barədə vilayət qubernatoru Aleksandr Qusev Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, "üç nəfər şüşə parçaları ilə kəsilib". Xəsatər alanlara yerində yardım göstərilib. Onlar xəstəxanaya getməkdən imtina edib. Hadisə yerində Federal Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər xidmətlər işləyir.

Telegram kanalları, çox ehtimal ki, dronun vurduğu evin fotosunu dərc edir. Dronun "Baltimor" aerodromuna doğru uçduğu guman edilir. Telegram kanalın məlumatında bildirilən başqa bir versiyaya görə, dron yolundan çıxaraq, yaşayış binasına çırpılıb.

Daxili İşlər Nazirliyinin Baş İdarəsi və Voronej vilayəti Federal Təhlükəsizlik Xidmətinin binaları pilotsuz təyyarənin Voronejdə qəzaya uğradığı yerdən 300 metr, "Baltimor" aerodromu və Voronej aviasiya zavodu isə 5 kilometr aralıda yerləşir.

TASS xəbər agentliyi hüquq-mühafizə orqanlarına istinadən yazıb ki, pilotsuz təyyarə Voronej aviasiya zavoduna hücum etməyə cəhd göstərib, lakin elektron müharibə nəticəsində tıxac yarandığı üçün onun qalıqları yaşayış binasına dəyib.

Mayın 30-da Moskva şəhərinin meri Sergey Sobyanin Moskvaya pilotsuz təyyarənin hücumu nəticəsində bir neçə evə "cüzi ziyan" dəydiyi barədə məlumat verib.

Telegram kanalları çox aşağı hündürlükdə uçan, ağaclara və məftillərə ilişən 25 pilotsuz təyyarənin olduğunu bildirib. Pilotsuz təyyarələrdən dördü Moskvaya yaxınlaşarkən, 10-dan çoxu isə Moskva ətrafında vurulub.