Rusiya rəsmilərinin bildirdiyinə görə, Volqoqrad şəhərinin dəmir yol stansiyasında 17 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumundan bir gün sonra şəhərin cənubunda sərnişin avtobusunda digər intiharçı hücumu 14 nəfərin ölümü ilə nəticələnib. Rəsmilər bu gün səhər sərnişinlə dolu trolleybusdakı bomba partlayışı zamanı 30 nəfərə qədər insanın yaralandığını, yaxındakı binaların pəncərələrinin sındığını bildirib.
Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Bomba hücumları Volqoqrad şəhərindən 650 km-lik məsafədəki Soçi şəhərində keçiriləcək Qış Olimpiada Oyunlarının başlamasından bir neçə həftə əvvəl həyata keçirilib. Bundan əvvəl İslamçı yaraqlılar Qış oyunlarını pozmaqla təhdid etmişdilər.
Rusiya prezidenti Vladimir Putin Terrorizmlə Mübarizə Agentliyini Volqoqradda və ölkənin digər bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.